“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 22:59
30 Dekabr 2025 22:37
30 Dekabr 2025 22:36
20 İyul 2020 16:00
2 191
Böyük Britaniya hökuməti Çin texnologiyalarından istifadədən imtina etdikdən sonra ölkədə beşinci nəsil mobil rabitə şəbəkəsinin (“5G”) yaradılmasında kömək üçün Yaponiyaya müraciət edib.
Xarici KİV-lər xəbər verir ki, Böyük Britaniyada yeni nəsil mobil rabitə şəbəkəsinin yaradılmasında Çin istehsalçısını Yaponiyanın “NEC” və “Fujitsu” şirkətləri əvəz edə bilər. Hazırda iki Yaponiya şirkəti “5G” baza stansiyaları bazarında 1 faizlik paya sahibdir. Lakin Böyük Britaniya ilə əməkdaşlığın onlara dünya səviyyəsinə çıxmağa kömək edəcəyi gözlənilir. Dünya “5G” bazarının təxminən 80 faizinə “Huawei”, “Ericsson” və “Nokia” şirkətləri nəzarət edir.
Bildirilir ki, iyulun 14-də Böyük Britaniya hökuməti “Huawei” şirkətinə ölkə ərazisində “5G” şəbəkələrinin inkişafı ilə məşğul olmasının qadağan edilməsi ilə bağlı qərar qəbul edib. Yerli şirkətlərə 2021-ci ildən etibarən indiyədək əsas tədarükçü qismində çıxış edən Çin şirkətindən avadanlıq almaq qadağan olunacaq.
Qərar üçün əsas kimi “5G” şəbəkəsi istifadəçilərinin fərdi məlumatlarının Çinin xüsusi xidmət orqanlarına ötürülmə ehtimalı göstərilir. Ötən il ABŞ tərəfindən analoji ittihamlar “Huawei” şirkəti üçün sanksiyalara və onunla Birləşmiş Ştatlar korporasiyalarının əməkdaşlığının qadağan edilməsi ilə nəticələnib.
30 Dekabr 2025 18:03
2 030
30 Dekabr 2025 17:54
1 960
30 Dekabr 2025 16:38
2 058