26 Aprel 2021 09:26
2 835
Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında apardığı “Pəncə-Şimşək” əməliyyatı zamanı bir türk əsgəri şəhid olub.
APA “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, əməliyyat bölgəsində terrorçuların əvvəlcədən yerləşdirdiyi mina partlayıb.
Türkiyənin müdafiə naziri Hulusi Akar şəhid ailə üzvlərinə, yaxınlarına başsağlığı verib.
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA