"Apple" və "Facebook"un ilin ilk rübündə gəlirləri açıqlanıb Dünya

"Apple" və "Facebook"un ilin ilk rübündə gəlirləri açıqlanıb

"Facebook"un gəliri 2021-ci ilin ilk rübündə 26 milyard dolları keçib. Müvafiq məlumatlar şirkətin maliyyə hesabatlarında verilib.

31 mart 2021-ci il tarixində bitən üç ayda "Facebook"un gəliri 2021-ci ilin eyni dövründəki 9,49 milyard göstəricisinə nisbətən 94 faiz artıb və 26,1 milyard dollar təşkil edib.

"Facebook" hesabatında 2021-ci ilin başlanğıcında iqtisadi müvəffəqiyyətinin böyük həcmdə onlayn ticarətə olan tələbdən qaynaqlandığı və bunun şirkət reklam gəlirlərində rüblük 30 faiz artmasına səbəb olduğu qeyd edilir.

ABŞ-ın "Apple" şirkəti 2021-ci ilin ilk rübündə 89,6 milyard dollar gəlir qeydə alıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, müvafiq məlumatlar şirkətin dərc edilən maliyyə hesabatlarında verilib.

Martın 27-də bitən üç aylıq hesabat dövrünün nəticələrinə görə şirkətin gəliri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 54% artıb və xalis mənfəəti 11,24 milyard dollardan 23,63 milyard dollara yüksəlib.

Şirkətin əsas məhsulu "İphone" olaraq qalır, şirkətin bu smartfonlarının dünya üzrə satış gəlirləri 47,9 milyard dollar təşkil edib. Forbes jurnalına görə, "Apple" nəhənginin bazar kapitallaşması təxminən 2,24 trilyon dollardır.