

İsrailin yeni prezidenti seçilib.
APA-nın İsrail mətbuatına istinadən verdiyi xəbərə görə, Knessetdəki səsvermə nəticəsində İsaak Herzoq İsrailin 11-ci prezidenti seçilib.
Knessetin 120 üzvündən 87-si İ. Herzoqun lehinə səs verib.
Qeyd edək ki, bu il hazırkı prezident Reuven Rivlinin səlahiyyət müddəti başa çatır.
Prezidentlik postuna iki namizəd var idi - "Əmək" partiyasının sabiq lideri İsaak Herzoq və maarifçi, sosial aktivist Miriam Peretz.
Xatırladaq ki, İsaak Herzoq İsrailin sabiq Prezidenti Çaim Herzoqun oğludur.