Meksikada cinayətkarlar seçkilərə bir neçə gün qalmış merə namizədi qaçırılıblar Dünya

Meksikada cinayətkarlar seçkilərə bir neçə gün qalmış merə namizədi qaçırılıblar

Meksikanın cənub-qərbində yerləşən Gerrero ştatında Kutsamala de Pinson şəhərinin merinə "Vətəndaş hərəkatı" partiyasından olan namizəd Marilu Nunyes naməlum cinayətkarlar tərəfindən qaçırılıb.

TASS-ın verdiyi məlumata görə, bu barədə partiyanın koordinatoru Klemente Kastanyeda bildirib.

Vətəndaş hərəkatı"nın nümayəndəsi "Twitter" hesabında yazıb: "Kutsamala de Pinson şəhərinin merinə namizədimiz Marilu Martinez Nunyesin ailəsi ilə birlikdə silahlı qrup tərəfindən qaçırıldığı barədə məlumat aldım. Səlahiyyətli orqanlar və qubernator Ektor Astudilyodan qaçırılanların sağ tağılması üçün dərhal reaksiya tələb edirik".
Qeyd edilir ki, ötən həftə Quanaxuato ştatındakı Moroleon şəhərinin mer seçkilərində "Vətəndaş hərəkatı"nı təmsil edən Alma Barraqan seçicilərlə görüş zamanı güllələnib.

Meksikada 6 iyun tarixində federal millət vəkilləri və yerli hökumət üzvləri üçün seçkilər keçiriləcək. Bundan əlavə, 15 bölgənin sakinləri yeni qubernator seçmək imkanı qazanacaqlar. 92 milyondan çox insan səs verməyə dəvət edildi.