ABŞ-ın Türkiyəni cəzalandırmaq istəyi baş tutmayacaq Dünya

ABŞ-ın Türkiyəni cəzalandırmaq istəyi baş tutmayacaq

Türkiyəni çətin vəziyyətdə qoymaq üçün iqtisadiyyata zərbə vurmağa çalışırlar. Valyuta məzənnəsi beynəlxalq bazarda tənzimlənir və bu sahədə dominantlıq Amerikaya məxsusdur. Türk lirəsinin dəyərdən düşməsi Baydenin dövrünə təsadüf elədi. Baydenlə Ərdoğan bir neçə dəfə görüş keçirdi. Bayden lirənin dəyərini artıra biləcəyini dilə gətirmişdi. Ancaq qarşılığında Türkiyə Rusiyadan S-400-lərdən imtina etməli, YPG/PYD örgütləri ilə mübarizə aparmamalıdır. Ancaq Türkiyə tərəfi S-400-lər anlaşmasından geri çəkilmədi və terror örgütlərini də təmizləməyə davam elədi.

Bunu siyasi analitik Elman Vəliyev "Xalq Cəbhəsi"nə Türkiyədə lirənin dəyərdən düşməsi ilə bağlı ölkədə yaranan vəziyyətə münasibətində açıqlayıb.

Analitik qeyd edib ki, Bayden seçkilər zamanı Ərdoğanı müxalifətə dəstək verməklə devirə biləcəyəni bildirmişdi. İndi lirənin dəyərini aşağı salmaqla xalqı qıcıqlandırırlar, müxalifətə şərait yaradırlar. Belə etməklə xalqa hakimiyyəti üz-üzə qoyur, günahkar kimi AKP-ni qələmə verməyə çalışırlar:

"Hesab etmirəm ki, hazırda Ərdoğanın yerinə gələ biləcək hər hansı bir şəxs Türkiyəni daha mükəmməl bir vəziyyətə gətirə. Hazırki müxalifət liderləri iqtidarı idarəetmə gücündə deyillər. Ərdoğan Türkiyəni beynəlxalq arenada önəmli güc ünsürünə çevirə bildi. Ancaq indiyə kimi liderlik etmiş bəzi şəxslər müstəqil siyasət aparmırdı, təlimatlar əsasında idarə edirdi".

Cavid