9 Sentyabr 23:45
9 Sentyabr 23:12
Azərbaycanda pul baratları üzrə müsbət saldo 680 milyon dollara çatıb
Merz və Modi Aİ ilə Hindistan arasında azad ticarət sazişinin imzalanmasını dəstəklədilər
Polşada ABŞ-nin yeni daimi bazasında 5 min hərbçi yerləşdirilə bilər
Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsdiyini elan edib
DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqlayıb
21 Fevral 2022 08:34
3 059
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Cozef Bayden Fransa Prezidenti Emmanuel Makronun Avropada təhlükəsizlik və strateji sabitliyə dair sammitin keçirilməsi təklifini qəbul ediblər.
Bu barədə Yelisey sarayından bildiriblər.
Məlumata əsasən, E.Makron Avropada təhlükəsizlik və strateji sabitliyi müzakirə etmək üçün C.Bayden və V.Putin arasında, sonra isə müvafiq maraqlı tərəflərlə sammit keçirməyi təklif edib. ABŞ və Rusiya liderləri Fransa Prezidentinin təklifini qəbul ediblər.
Sammitdə müzakirə ediləcək məsələləri Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinken fevralın 24-də keçiriləcək görüşlərində hazırlayacaqlar.
Xatırladaq ki, daha əvvəl E.Makron iki dəfə Rusiya Prezidenti Vladimir Putinlə, bir dəfə Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ Prezidenti Cozef Bayden, Almaniya kansleri Olaf Şolts və Böyük Britaniyanın baş naziri Boris Conson ilə telefon danışıqları aparıb.