Fransız şirkəti sorğunun nəticələrini açıqlayıb Hadisə

Fransız şirkəti sorğunun nəticələrini açıqlayıb

Fransanın "Opinionway" Yenilikçi araşdırma şirkəti 2015-ci il parlament seçkiləri ərəfəsində Azərbaycanda ictimai rəy sorğusu keçirib. Sorğu 1200 nəfər ölkənin yetkinlik yaşına çatmış qeydiyyatlı əhalisi arasında aparılıb. Sorğuda iştirak edən respondentlərin 58%-i hazırda Azərbaycanda işlərin düzgün istiqamətdə aparıldığını qeyd edib. Səhv istiqamətdə deyənlərin sayı 22,9%, 19,1 % isə suala cavab vermək istəməyiblər. "Son illər Azərbaycan iqtisadiyyatının vəziyyəti necə dəyişməkdədir?" sualına respondentlərin 54,1%-i "Yaxşılaşır", 28,2%-i "Dəyişmir", 9,3%-i "Pisləşir" cavabını veriblər. Respondentlərin 8,4%-i suala cavab verməyə çətinlik çəkiblər. "Aşağıda qeyd edilən sahələrin hazırkı vəziyyətindən Siz nə qədər razısınız?" sualına respondentlərin cavabları belə olub: 1. Milli təhlükəsizliyin təmin olunması – 71,4% "Çox razıyam", 10,8% – "Razı deyiləm", 17,8% – "Bilmirəm" 2. Cinayətkarlıqla mübarizə - 68,4% - "Çox razıyam", 16,9% – "Razı deyiləm", 14,7% – "Bilmirəm" 3. İnsan haqlarının vəziyyəti - 69,8% - "Çox razıyam", 12,5% – "Razı deyiləm", 17,7% – "Bilmirəm" 4. Təhsilin səviyyəsi - 48,8% - "Çox razıyam", 41,3% – "Razı deyiləm", 9,9% – "Bilmirəm" 5. Korrupsiya ilə mübarizə - 71,2% "Çox razıyam", 18,1% – "Razı deyiləm", 10,7% – "Bilmirəm" 6. İş əldə etmək imkanları – 51.8% "Çox razıyam", 11,8% – "Razı deyiləm", 18,2% – "Bilmirəm" "Azərbaycan Respublikasında siyasi sistemin fəaliyyətindən nə dərəcədə razısınız?" sualına respondentlərin 50,8%-i "Çox razıyam", 21,9 %-i – "qismən razıyam", 14,7 %-i – "razı deyiləm", 12,6 %-i isə "bilmirəm" cavablarını veriblər. "Prezident İlham Əliyevin Prezident kimi öz vəzifələrinin icrası Sizi nə dərəcədə qane edir?" sualını cavablandıran respondentlərin 78,8 %-i "Çox qane edir", 11,8 %-i – "Qismən qane edir", 5 %-i – "Qismən qane etmir", 2,9 %-i – "qətiyyən qane etmir" cavablarını qeyd ediblər. 1,5 % respondent "bilmirəm" cavabı veriblər. Suala 2 cavab qeyd etmək imkanında olan respondentlər "Fikrinizcə, Azərbaycanda hazırda mövcud olan ən vacib problemlər hansılardır?"sualına bu cavabları veriblər: Dağlıq Qarabağ - 66,5 %, İqtisadi – 30,8 %, Təhsil - 23,3 %, Ətraf mühit – 11,7 %, İnsan haqları – 9,0 %, Vergilərin çoxluğu – 8,5 %, Milli təhlükəsizlik – 1,7 %, Bilmirəm – 6,3 % 1 noyabrda keçiriləcək Milli Məclisə seçkilər ərəfəsində aparılan seçki kampaniyası Sizin üçün nə dərəcədə maraqlıdır? Sualına respondentlərin cavablarıbelə olub: Çox maraqlıdır - 41,2 %, Qismən maraqlıdır - 35,3 %, Demək olar ki, maraqsızdır - 9,6 %, Heç maraqlı deyil - 11,5 %, Bilmirəm - 2,4 % Sorğuya qatılan respondentlərin 63%-i 1 noyabr seçkilərində mütləq iştirak edəcəklərini, 12 %-i – ola bilsin ki iştirak edəcəklər, 7,7 %-i ola bilsin ki iştirak etməyəcəklər, 9 %-i isə qətiyyən iştirak etməyəcəklərini bildiriblər. 8,3 % isə bu barədə hələ qərar vermədiklərini bildiriblər. "Yaşadığınız seçki dairəsindən seçilmiş deputatın öz vəzifələrinin icrası Sizi nə dərəcədə qane edir?" sualına 39,6 % Tam qane edir, 33,8 % – qismən qane edir, 10,8 % – qismən qane etmir, 9,8 %-i – qətiyyən qane etmir, 6 %-i isə bilmirəm cavablarını veriblər. "Milli Məclisə keçiriləcək seçkilərdə hansı siyasi qüvvənin namizədini dəstəkləmək fikrindəsiniz?" sualını respondentlər aşağıdakı cavabları veriblər: İqtidar və ya iqtidaryönlümü partiyanın namizədini - 71,7 % Müxalifət partiyasının namizədini - 6,0% Bitərəf namizədi - 16,4% Bilmirəm - 5,9% Respondentlərin 71 %-i "Milli Məclisə keçirilən son seçkilərdən sonrakı dövrə baxaraq eyni deputatın seçilməsini istərdi, 22,3 %-i - başqa bir deputatın seçilməsini istərdi. 6,7 % respondent isə suala cavab verməyə çətinlik çəkiblər. "Sizin əsas məlumat mənbəyiniz hansılardır?" sualına respondentlər aşağıdakı cavabları veriblər: İqtidaryönlü qəzetlər – 31,1 % Müxalifətyönlü qəzetlər - 11% Müstəqil qəzetlər - 28,4% Azərbaycan Televiziyası (AzTV) - 41,0% İctimai kanal - 38,3% Özəl televiziya kanalları - 67,9% Dövlət radio dalğaları - 17,4% Özəl radiolar - 9,5% İnternet - 35,8% Müxtəlif insanlar - 24,4%.