AMEA-nın magistraturasına qəbul planında dəyişiklik Hadisə

AMEA-nın magistraturasına qəbul planında dəyişiklik

AMEA-nın magistraturasına 2016-2017-ci tədris ili üçün qəbul planına dəyişiklik edilib. Bu barədə AMEA Rəyasət Heyətinin növbəti iclasında qərar qəbul edilib. Bildirilib ki, növbəti tədris ilindən AMEA-nın magistraturasına 15 ixtisas üzrə 63 yer ayrılıb.
Qeyd edək ki, 2015-2016-cı tədris ilində AMEA-nın magistraturasına qəbul 7 ixtisas üzrə aparılıb.
Eyni zamanda, iclasda AMEA-nın elmi müəssisələrinin magistraturalarında saat hesabı tədris edən professor-müəllim heyətinin vəzifə maaşlarına əlavələrin verilməsi haqqında da qərar qəbul edilib.