Azərbaycan Milli Atlası yaxın vaxtlarda dərc olunacaq Hadisə

Azərbaycan Milli Atlası yaxın vaxtlarda dərc olunacaq

Qərib Məmmədov: "1903-cü ildə Qafqazda erməni toponimləri olmayıb"

Azərbaycan Milli Atlası yaxın vaxtlarda dərc olunacaq. Bunu jurnalistlərə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov deyib.
O bildirib ki, Milli Atlasın yaradılması barədə göstəriş prezident İlham Əliyev tərəfindən 2011-ci il aprelin 20-də verilib. 2007-ci ildə İrəvanda Ermənistanın Milli Atlası buraxılıb. Burada Azərbaycanın işğal olunan torpaqları erməni ərazisi kimi göstərilib: "Bu saxtalaşdırmadır və buraxılacaq Azərbaycan Milli Atlası bu yalanının üstünü açmağa kömək edəcək. Azərbaycan Milli Atlasına təqribən 800 xəritə daxil olacaq və 450 səhifədən və 19 bölmədən ibarət olacaq. Atlasda Azərbaycanın coğrafi yerləşməsi, relyefi, heyvanat və bitki aləmi, iqtisadi vəziyyəti, tarixi, sənaye sahəsi, mədəniyyət, səhiyyə və təhsil sahələri əhatə olunacaq."
Onun sözlərinə görə, erməni miflərinə qarşı mübarizə aparmaq məqsədi ilə 2012-ci il aprelin 18-də prezident "Cənubi Qafqaz. 1903-cü il" xərtəsinin yenidən nəşr olunması barədə göstəriş verib. "Cənubi Qafqaz. 1903-cü il" xəritəsi 2013-cü ildə Azərbaycanda buraxılıb. Ermənilər iddia edirlər ki, Qafqazın əzəli sakinləridirlər, ancaq "Cənubi Qafqaz. 1903-cü il" xəritəsi 1903-cü ildə çar Rusiyasının hərbi-topoqrafik idarəsi tərəfindən buraxılıb. Qafqazda 1903-cü ildə erməni toponimləri olmayıb. Nə çay, nə dağ, nə də yaşayış məntəqələri erməni adında deyil. Burada Azərbaycan və türk toponimləri olub. Ermənilər Türkiyə və İran ərazilərini əhatə etməklə Xəzər dənizindən Qara dəniz arasında "Böyük Ermınistanın" mövcudluğunu bəyan edirlər, ancaq "Cənubi Qafqaz. 1903-cü il" xəritəsinin dərci sübut edir ki, bunun hamısı ağ yalandır.
Komitə rəhbəri söyləyib ki, Azərbaycan ermənilər tərəfindən beynəlxalq səviyyədə yalan məlumatların yayılmasına qarşı fəal mübarizə aparır.