Bu il “İnterpol”un axtarışında olan 1344 nəfər sərhəddə saxlanılıb Hadisə

Bu il “İnterpol”un axtarışında olan 1344 nəfər sərhəddə saxlanılıb

Bu ilin 3 ayı ərzində interpolun axtarışında olan, həmçinin Azərbaycanın hüquq- mühafizə orqanları tərəfindən barəsində axtarış elan olunmuş 1344 şəxs dövlət sərhədindən buraxılış məntəqələrində müəyyən edilərək saxlanılıb.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, dövlət sərhədindən saxta və özgəsinə məxsus sənədlərlə keçməyə cəhd edən 76 nəfər saxlanılıb, onlardan 29 nəfəri Azərbaycan vətəndaşı olub. 47 nəfər əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycan Respublikası ərazisinə gəlmə və ölkə ərazisindən tranzit istifadə etməklə Avropa ölkələrinə səfər etmə cəhdlərinin qarşısı alınmış, gəlişinin məqsədini izah edə bilməyən 101 nəfər əcnəbi vətəndaş qanunsuz miqrant olması ehtimal edilərək arzuolunmaz şəxs qismində ölkə ərazisinə buraxılmayıb.
Belə ki, qeyd olunan dövr ərzində dövlət sərhədindən buraxılış məntəqələrində 29 nəfər əcnəbinin, o cümlədən 17 nəfər Özbəkistan vətəndaşı, 3 nəfər Tacikistan vətəndaşı, 2 nəfər İİR vətəndaşı, 2 nəfər Qırğızıstan vətəndaşı, 2 nəfər Qana vətəndaşı, 1 nəfər Konqo vətəndaşı, 1 nəfər İordaniya vətəndaşı, 1 nəfər RF vətəndaşının sərhədkeçmə sənədlərinin saxta olması müəyyən edilib.
Azərbaycan Respublikası ərazisindən tranzit istifadə etməklə saxta viza və yaşamaq barədə vəsiqələrlə Avropaya səfər etməyə cəhd edən 18 nəfər əcnəbi, o cümlədən 8 nəfər Şri-Lanka, 3 nəfər Pakistan, 2 nəfər İİR, 2 nəfər İraq, 2 nəfər Hindistan, 1 nəfər Konqo vətəndaşı saxlanılıb.
Bu müddət ərzində ölkəyə gəlmək məqsədlərini izah edə bilmədiklərinə görə 27 nəfər Özbəkistan vətəndaşı, 20 nəfər Pakistan vətəndaşı, 18 nəfər Hindistan vətəndaşı, 8 nəfər Şri-Lanka vətəndaşı, 5 nəfər Qırğızıstan vətəndaşı, 4 nəfər İİR vətəndaşı, 4 nəfər Tacikistan vətəndaşı, 3 nəfər Banqladeş vətəndaşı, 2 nəfər BƏƏ və¬təndaşı, 2 nəfər İraq vətəndaşı, 2 nəfər Əfqanıstan vətəndaşı, 2 nəfər Qana vətəndaşı, 1 nəfər Konqo vətəndaşı, 1 nəfər Səudiyyə Ərəbistanı vətəndaşı, 1 nəfər Suriya vətəndaşı, 1 nəfər Misir vətəndaşı ölkə ərazisinə buraxılmayıb.