“Türkiyə avtoritar idarəçiliyə doğru adımlayır” Hadisə

“Türkiyə avtoritar idarəçiliyə doğru adımlayır”

Əli Orucov: "Ərdoğan Türkiyədə hakimiyyət qollarını əlinə cəmləşdirəcək bir siyasi sistem qurma istəyindədir"

Rəcəb Tayyib Ərdoğan prezident seçildikdən sonra onun prezidentin səlahiyyətlirini artımaq üçün referendum keçirəcəyi bildirilir. Bir sıra ekspertlər birmənalı olaraq Türkiyədə referendumun keçiriləcəyini və bu ölkənin bundan sonra prezidentli respublikaya çevriləcəyini düşünürlər.
Ümumiyyətlə Ərdoğan referendum keçirə biləcəkmi? Səlahiyyətlər Ərdoğanın əlində cəmləşərsə Türkiyəni hansı aqibət gözləyir?
Siyasi şərhçi Azər Rəşidoğlu diqqətə çatdırdı ki, referendium keçiriləcək və prezidentin səlahiyyətləri artırılacaq: "Hesab edirəm ki, Türkiyə avtoritar idarəçiliyə doğru adımlayır. Cəmiyyət bunun qarşısını ala bilməsə, Türkiyə Yaxın Şərq modeli üzrə inkişaf edə bilər".
Siyasi ekspert Əli Orucov isə vurğuladı ki, Ərdoğan Türkiyədə hakimiyyət qollarını əlinə cəmləşdirəcək bir siyasi sistem qurmaq istəyindədir: "Bunun üçün də növbəti addım kimi prezidentin xalq tərəfindən seçilməsini və bu institutun səlahiyyətlərinin genişləndirilməsini hədəflədi. Faktiki olaraq hakimiyyət qollarından qanunverici və icra hakimiyyəti Ərdoğanın demək olar ki, tam nəzarətindədir. Məhkəmə hakimiyyəti də getdikcə asılı vəziyyətə salınmaqdadır. Ordunun ictimai-siyasi proseslərə təsiretmə gücü müqayisəolunmaz dərəcədə azaldılıb. Bu gün Ərdoğanın daxildə sıradan çıxarmağa çalışacağı insitutlardan biri də güclü siyasi müxalifət və camaat adlandırılan gülənçilərdir.
Bunlar da sıradan çıxardıldıqdan sonra avtokratik bir sistemin qurulması baş verəcək ki, bu da Türkiyəni çaxnaşmalara, siyasi qarşıdurmalara gətirib çıxaracaq".

Əli