“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
27 Yanvar 2020 12:31
2 198
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrinə zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan, müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ali təhsilli, 28 yaşadək vətəndaşlar fevralın 3-dən 21-dək müvafiq sənədlərlə birlikdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (SQ TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, ehtiyat zabit hazırlığı kursuna qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar SQ TTM-də fəaliyyət göstərən qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilirlər. Komissiyanın qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar.
Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, fərdi-psixoloji və digər keyfiyyətlərin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul olunurlar. Ehtiyat zabit hazırlığı kursunu müvəffəqiyyətlə başa vuran kursantlara leytenant hərbi rütbəsi verilir, zabitlərin həqiqi hərbi xidmətinə qəbul edilmələri barədə bağlaşma bağlanır və ixtisaslarına uyğun vəzifələrə təyin edilirlər.
Qəbul üçün sənədlərin siyahısı Müdafiə Nazirliyinin saytında təqdim edilib. Məhkumluğu olan hərbi vəzifəlilərin ehtiyat zabit hazırlığı kursuna qəbul üçün müraciət etməmələri xahiş olunur.
Müraciətlər fevralın 3-dən 21-dək hər gün (bazar günü istisna olmaqla) saat 09.00-dan 17.00-dək Bakı şəhəri, Yasamal rayonu, Şəfahət Mehdiyev küçəsi 76 ünvanında yerləşən “Qızıl Şərq” hərbi şəhərciyində (Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi) qəbul edilir. Əlavə məlumat üçün (012) 538-85-62 telefon nömrəsi ilə əlaqə saxlamaq lazımdır.
1 Noyabr 17:46
1 827
1 Noyabr 14:21
1 820
31 Oktyabr 20:55
2 240