Bu regionlarda sərnişin sıxlığı davam edir - Rəsmi Hadisə

Bu regionlarda sərnişin sıxlığı davam edir - Rəsmi

Regionlarda gücləndirilmiş karantin rejiminə baxmayaraq hələ də sərnişin sıxlığı müşahidə edilir.
Bu sözləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova qeyd edib.
O bildirib ki, regionlarımız üzrə Operativ Qərargahın izolyasiya tədbirlərinin gücləndirilməsinə dair müvafiq tələblərinin vətəndaşlar tərəfindən icrasında bu günə olan statistik mənzərə ürəkaçan deyil:
"Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Salyan, Tovuz, Qazax və Bərdə üzrə şəhərdaxili və rayondaxili sərnişin sıxlığı hələ də müşahidə edilməkdədir.
Sıxlığın 95-100 faiz azaldığı bölgələrimiz: Lerik, Yardımlı, Siyəzən, Qax, Zaqatala, Balakən, Quba, Qəbələ, İsmayıllı, Qobustan, Xızı, Sabirabad, İmişli, Cəlilabad, Biləsuvar, Xaçmaz, Siyəzən, Ağdam və Hacıqabuldur".