ABŞ HHQ-yə məxsus qırıcı Miçiqan ştatında təlim uçuşu zamanı qəzaya uğrayıb Dünya

ABŞ HHQ-yə məxsus qırıcı Miçiqan ştatında təlim uçuşu zamanı qəzaya uğrayıb

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcı təyyarəsi Miçiqan ştatında təlim uçuşu yerinə yetirərkən qəzaya uğrayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Məlumata görə, pilot təyyarə kənd ərazisində qəzaya uğramazdan və partlamazdan əvvəl katapult etməyi bacarıb. HHQ nümayəndəsinin bildirdiyinə görə, xəstəxanaya çatdırılan pilotun vəziyyəti stabildir və o, huşsuz deyil.

İlkin məlumatlara əsasən, qəzaya qırıcının quşla toqquşması səbəb olub. Hərbçilər və yerli hakimiyyət orqanları tərəfindən araşdırma aparılır.

Təyyarə Detroytdan təxminən 305 km şimalda yerləşən Alpina şəhərindəki Milli Qvardiyanın bazasında keçirilən təlimlərdə iştirak edirmiş.

Məryəm Quliyeva