Ukrayna danışıqlarının Berlin mərhələsi: proses nə vəd edir?
17 Dekabr 23:42
17 Dekabr 23:42
17 Dekabr 23:37
17 Dekabr 23:35
24 Aprel 2020 15:20
1 694
“Koronavirusla bağlı nümunələr laboratoriyaya çatdırıldıqdan sonra ən azı 6-7 saat ərzində testin cavabı verilməlidir”.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin mütəxəssisi Cəvahir Süleymanova deyib.
Onun sözlərinə görə, Azərbaycanda testlərin aparılması ilə bağlı çox unikal sistem yaradılıb: “Təcili Tibbi Yardım maşınları vasitəsilə insanlardan götürülən nümunələr laboratoriyalara çatdırılır. Bu, insanları daha təhlükəli vəziyyətə düşməkdən qoruyur. Bu halda insanda virus yoxdursa, özünün xəstəxanaya getməməsi, təhlükəli yerlərdə olmaması onu qoruyur. Bəzən nümunələrin çox olması müəyyən qədər vaxtın uzanmasına səbəb ola bilər”.
C.Süleymanova deyib ki, hazırda ekspress testlər də mövcuddur: “Gələcəkdə Azərbaycanda da koronavirusun təyini ilə bağlı həmin testlərdən istifadə olunacaq. Bu testlər vasitəsilə müayinəni 45 dəqiqə ərzində aparmaq mümkün olacaq”.
17 Dekabr 18:10
1 155
17 Dekabr 17:52
1 071
17 Dekabr 15:14
1 204