17 Dekabr 23:42
ABŞ Meksika kartelinə neft oğurluğuna görə sanksiyalar tətbiq edib
Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub
"Ağ Evi alçaltmaq istəyən Zelenski deyil, Ukrayna idi ki.. "
ABŞ-nin yeni təhlükəsizlik strategiyası: Ukraynanın gələcəyi necə dəyişir?
Ankarada türk dövlətlərinin dezinformasiya ilə mübarizə forumu başlayıb
16 May 2020 13:20
2 030
Mayın 17-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 17-də
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 18-20° isti olacaq. Bakıda gecə 16-18° isti, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 756 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Hava meteohəssas insanlar üçün əsasən əlverişsiz olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 12-16° isti olacaq.