Avqustun 13-14-də keçirilən imtahanların test tapşırıqlarının izahı açıqlanıb Hadisə

Avqustun 13-14-də keçirilən imtahanların test tapşırıqlarının izahı açıqlanıb

II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün 13-14 avqust tarixlərində keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqlarının izahı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən APA-ya bildirilib ki, aituriyentlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqları və onların izahını əldə edə bilərlər.

İmtahanda istifadə olunmuş test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində >"DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı "> “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).