
Venesuela ABŞ-ı balıqçı gəmisini ələ keçirməkdə ittiham edib
13 Sentyabr 22:59
13 Sentyabr 22:59
13 Sentyabr 22:00
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
İş rejimi və uçotu ilə tanış olmadan işçilərini şənbə və bazar günləri işlədən müəssisələrin əmək fəaliyyətinin qanunsuz olduğunu demək düzgün deyil.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) şöbə müdiri Elşən Tağıyev sosial şəbəkədə “Əmək qanunvericiliyi sistemində iş vaxtının tənzimlənməsi” mövzusuna həsr edilmiş canlı bağlantıda deyib.
Onun sözlərinə görə, bəzi müəssisələr işçilərini şənbə və bazar günləri də işlədirlər:
“Amma bu halda işçilərin işlədilməsi rəsmiləşdirilməlidir. Bu məsələ işçilər arasında, eyni zamanda iş vaxtı rejimi və uçotu tənzimlənməlidir. Iş vaxtı rejimi və ucotu ilə tanış olmadan onların qanunsuz fəaliyyət göstərdiyini demək düzgün deyil. Təbii ki, bu hallar qanuna uyğun olmadıqda DƏMX tərəfindən inzibati tədbirlər həyata keçirilir”.