Böyük Britaniya Suriyanın müvəqqəti prezidentinə qarşı sanksiyaları ləğv edib
Tramp Pelosinin siyasətdən gedişini müsbət qarşılayıb: O, Amerika cəmiyyətini parçalayıb
NATO Baş katibinin köməkçisi: Azərbaycanla tərəfdaşlıq və dialoq müsbət inkişaf edir
Gürcüstanda azərbaycanlı kriminal avtoritetin sifariş etdiyi qətlin qarşısı alınıb
1 Dekabr 2020 17:18
2 184
Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) zabiti Əli Kərimov. O, İkinci Qarabağ müharibəsində qəhramanlıq göstərərək Daşaltı qəsəbəsini döyüşçü yoldaşları ilə birgə azad edib.
Trend-in məlumatına görə, Daşaltı əməliyyatında yaralansa da döyüşə davam edən Əli Kərimovun həyatını onun üzərində olan avtomatın güllə darağı xilas edib.
Daşaltı əməliyyatı zamanı düşmən snayperindən açılan atəş döyüşçünü yaralayıb, mərmi sol ayağından girərək sağ ayağından çıxıb. Yenidən düşmən zabiti ilə üz-üzə qalan Əliyə açılan namərd gülləsi xoşbəxtlikdən onun sinəsindəki güllə daraqlarına tuş gəlib, cavab olaraq Əlinin atdığı 3 atəş isə düşməni yerindəcə məhv edib.
O, sözügedən hərbi əməliyyatlar zamanı dəfələrlə ölümlə üzbəüz qalıb, mərd zabit yalnız irəliyə doğru addımlayıb.
Əlinin şücaət dastanında insanı təsirləndirən məqamlardan biri də özünün yaralı olmasına rəğmən, digər yaralı əsgər yoldaşını 17 km məsafədə çiynində daşımasıdır. Məhz onun bu fədakarlığı yaralı əsgərə ikinci həyat bəxş edib.


