Qənirə Paşayevadan əlillərlə bağlı təklif Hadisə

Qənirə Paşayevadan əlillərlə bağlı təklif

"1-ci və 2-ci qrup əlillər təhsil haqqından azad edilməlidir"

"Təxminən yarım milyon sayı olan əlil vətəndaşlarımızın vəziyyəti hazırda elə də ürəkaçan deyil. Bu vətəndaşların işlə təmin olunması yenə də böyük problemlərdən biri olaraq qalır. Bütün müəssisələrdə əlil şəxslərə də iş verilməlidir. Çünki bu hal qanunvericilikdə öz əksini tapıb".
Bunu Milli Məclisin ötən gün keçirilən plenar iclasında Qənirə Paşayeva deyib. O, daha sonra əlavə edib ki, əlil vətəndaşlar ali təhsil müəssisələrinə daxil olarkən onlara müəyyən güzəştlər edilməlidir: "Bu gün ölkəmizdə yaşayan əlil vətəndaşları da ali təhsil almağa sövq etmək lazımdır. Vətəndaşlarımız ali məktəblərə daxil olarkən onlara müəyyən güzəştlər də edilməlidir. Bu mövzuda xüsusən təklif edərdim ki, 1-ci və 2-ci qrup əlil vətəndaşlar ali məktəbləri ödənişli təhsil formasına qəbul olarsa onlar təhsil haqlarından azad edilsin. Əlillərin daha yaxşı reabilitasiya olunmasına da xüsusi fikir və verilməli onların xəstəlikləri də müalicə edilməlidir. Hepatit C xəstəliyi olan vətəndaşlar haqqında da hökumət yeni layihələr həyata keçirməlidir".