“Azərbaycanım” sərgisi Mədəniyyət

“Azərbaycanım” sərgisi

Üçüncü “Azərbaycanım” Respublika Uşaq Rəsm Müsabiqəsinin yekun sərgisi virtual olaraq açılıb. Xətai Sənət Mərkəzindən bildirilib ki, müsabiqədə seçilmiş rəsm əsərləri Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin “facebook” və “Instagram” səhifələrində nümayiş olunur. Əsərləri sərgilənən hər kəs diplomlarını, qaliblər hədiyyə və diplomlarını və fəal tədris mərkəzləri isə təşəkkürnamələrini Xətai Sənət Mərkəzindən götürə bilərlər.
Qeyd edək ki, müsabiqə Mədəniyyət və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə rəssamlıq istedadına malik olan uşaqlar, yeniyetmə və gənclərin yaradıcılıq duyğularını və bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibət formalaşdırmaq və ona yanaşma tərzini təkmilləşdirmək, doğma Vətənə məhəbbət hisslərini aşılamaq məqsədi ilə təşkil edilmişdi.