“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
Türkiyədə təqaüdçü polis kafeyə silahlı hücum edib, 2 nəfər ölüb, 2 yaralı var
2 Sentyabr 2019 17:47
1 638
Azərbaycanda subsidiya mexanizmini müəyyənləşdirmək üçün Aqrar Subsidiya Şurası yaradılıb. Bunu dünən keçirilən mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib. Onun sözlərinə görə, Şuraya Kənd Təsərrüfatı naziri sədrlik edir. Şuranın tərkibinə isə Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Statistika Komitəsinin, Sahibkarlar və İşəgötürənlər Konfederasiyasının və Fermerlər Şurasının nümayəndələri daxildir.
"Kənd Təsərrüfatı Nazirliyi tərəfindən subsidiya informasiya sisteminin yaradılması ilə bağlı komanda formalaşıb ki, həm subsidiya informasiya sisteminin formalaşması, eyni zamanda baza məbləği 200 manat olmaqla hər bir məhsul üzrə kənd təsərrüfatı məhsullarına veriləcək subsidiyaların əmsallarını müəyyən edilməsi üçün Aqrar Subsidiya Şurası yaradılıb", - deyə nazir müavini bildirib.
Qeyd edək ki, Şura hər il yanvarın 15-dək aşağıdakılar barədə qərarlar qəbul edəcək və bu barədə ictimaiyyəti məlumatlandıracaq: əkin subsidiyasının tətbiqi üçün regionlar üzrə bitkilərin siyahısının və onlara tətbiq edilən əkin əmsallarının təsdiqi; məhsul subsidiyasının tətbiqi üçün bitkiçilik məhsullarının siyahısının və onlara tətbiq edilən əmsalların təsdiqi; toxum subsidiyasının tətbiqi üçün bitkiçilik məhsullarının siyahısının və onlara tətbiq edilən əmsalların və kvotaların təsdiqi; subsidiyaların tətbiqi mexanizminin təkmilləşdirilməsi ilə bağlı verilən təkliflərin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilməsi.
Şura müəyyən edilən siyahıları, əmsalları və kvotaları illik qiymətləndirmə nəticələrinə uyğun olaraq yeniləyə bilər. Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Kənd Təsərrüfatı Nazirliyinin dövlət aqrar inkişaf mərkəzlərinin (DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirəcək. Agentlik fermerin xahişi əsasında məhsul subsidiyası üzrə ona veriləcək vəsaitin onun kənd təsərrüfatı təyinatlı kredit borclarının ödənilməsinə yönəldilməsi barədə zəmanət məktubu verəcək.
1 Noyabr 14:45
1 792
1 Noyabr 13:43
1 827
1 Noyabr 13:27
1 785