Dünya bazarlarında təbii qazın qiyməti azalıb İqtisadiyyat

Dünya bazarlarında təbii qazın qiyməti azalıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

Oktyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 3,33% azalaraq 1,98 ABŞ dolları təşkil edib.