

Azərbaycan Avropa üçün Cənubi Qafqazda sabitlik yaradan güc mərkəzidir
Bakıda TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin iclası keçiriləcək
Ermənistan vətəndaşlarının məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilir
Orban: Macarıstanda keçiriləcək Rusiya-ABŞ sammitinə hazırlıq tam sürətlə gedir
Azərbaycanda süni intellekt texnologiyaları ilə bağlı institusional tədbirlər tələb edən xüsusi qanunlar qəbul edilməlidir.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev deyib.
Onun sözlərinə görə, süni intellekt texnologiyaları ilə bağlı məsələlər hüquqi tənzimlənməlidir. Bu texnologiyaların mülki məqsədlər üçün kütləvi istifadəsini təmin etmək məqsədilə dünyanın aparıcı ölkələrinin qanunvericilik təcrübəsindən istifadə etməklə, ölkəmizdə qanunvericilik bazasının, normativ-hüquqi mühitin yaradılması son dərəcə vacibdir.
Akademik hesab edir ki, mülki dövriyyə üçün nəzərdə tutulan pilotsuz uçuş aparatları çəkisinə, təyinatına və digər parametrlərinə görə qeydiyyatdan keçirilməlidir. Pilotsuz uçuş aparatının sahibinin, onun proqramlaşdırılması üzrə məsul şəxsin kimliyi, qurğunun istismarı və texniki baxışı kimi bir sıra kompleks məsələlər araşdırılmalıdır:
"Süni intellekt texnologiyalarının təhlükəsizliyi məsələləri də xüsusi diqqət yetirilməsi vacib olan məqamlardandır. Süni intellektə əsaslanan dronların sahibləri onlardan istifadənin məsuliyyətini anlamalıdırlar”.