Azərbaycan meyvə-tərəvəz ixracını artırıb İqtisadiyyat

Azərbaycan meyvə-tərəvəz ixracını artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrə 70 493,43 min ABŞ dolları dəyərində 66 740,00 ton meyvə-tərəvəz ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə ötən ilin yanvar-fevral ayları ilə müqayisədə ixrac olunan meyvə-tərəvəzin dəyəri 6,7% azalıb, həcmi isə 6% artıb.

Qeyd edək ki, bu ilin ilk iki ayında Azərbaycandan ixrac olunan meyvə-tərəvəz məhsullarını əsasən tomat, meşə fındığı, alma, xurma və nar təşkil edib.

Hesabat dövründə 14 236,26 min dollar dəyərində 13 664,36 ton tomat ixrac edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq 42,4% və 28,5% azdır.

Cari ilin yanvar-fevral ayları ərzində 19 265,48 min dollar dəyərində (14,7% azalma) 3 091,3 ton (azalma 17,2%) meşə fındığı ixrac olunub.

Ölkədən həmçinin 2 880,98 min dollar dəyərində 7 281,95 ton alma ixrac olunub ki, bu göstərici üzrə dəyər olaraq 56,5%, həcm olaraq isə 52,8% azalma müşahidə olunub.

Bu ilin yanvar-fevral aylarında ölkədən 27 866,40 min dollar dəyərində (97,5% artım) 37 111,57 ton (2 dəfə çox) xurma ixrac olunub.

İxrac üzrə hesabata cari ilin yanvar ayından etibarən nar məhsulu da daxil edilib ki, bu kateqoriya üzrə ilin ilk iki ayında 2 150,84 min dollar dəyərində 1 411,47 ton məhsul ixrac olunub.