“Azərbaycan dövləti və cəmiyyəti olaraq hər zaman Türkiyənin yanındayıq” Siyasət

“Azərbaycan dövləti və cəmiyyəti olaraq hər zaman Türkiyənin yanındayıq”

Eldar İbrahimov: "Bizim birlik və bərabərliyimizi heç bir qüvvə poza bilməz və bilməyəcək də"

Türkiyədə baş verən məlum 15 iyul hadisələrindən xeyli vaxt keçməsinə baxmayaraq hələ də yeni-yeni faktlar ortaya çıxmaqdadır. Paralel olaraq baş verən çevriliş cəhdinə ölkəmizin münasibəti həm Türkiyə, həm Azərbaycan cəmiyyətində ciddi müzakirə mövzusu olaraq qalmaqdadır. Millət vəkili Eldar İbrahimov bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevin və Azərbaycan xalqının göstərdiyi qardaşlıq mövqeyini yüksək qiymətləndirərək bildirdi ki, Türkiyə rəhbərliyi ölkədə vəziyyəti normallaşdırmaq üçün bütün lazımi tədbirləri görməkdədir. İndi bundan sonra bu ittihamları səsləndirənlər görəsən nəyə əsaslanıb belə əsassız, gülüş doğuran ittihamlarla çıxış edirlər? Bu adamların məqsədi sadəcə, bulanıq suda balıq tutmaq və ya suyu bulandırmaqdır: "Həqiqətən də, Türkiyə bizə dost və qardaş ölkədir, biz mərhum Heydər Əliyev demişəkən "iki dövlət-bir millətik", bizim kimi bu gün dünyada bir-birinə bu qədər yaxın olan ikinci dövlətə rast gələ bilməzsən. Türkiyənin sevinci bizim sevincimiz, Türkiyənin kədəri bizim kədərimizdir. Türkiyədə baş verən hadisələri də hər zaman diqqətlə və həssaslıqla izləyirik. Bu baxımdan, iyulun 15-də yaşanan qanlı hadisələri, bir qrup hərbçinin ötən əsrin 60,70 və 80-ci illərində olduğu kimi, dövlətə, qanuni hakimiyyətə qarşı qiyama, çevrilişə cəhd hadisəsini çox narahatlıq və təəssüf hissi ilə izlədik. Türkiyə cəmiyyəti kimi biz də hələ bu hadisənin şokunu yaşayırıq. Çünki çox gözlənilməz və ağlagəlməz bir hadisə idi, kimsə Türkiyədə bir daha belə bir hadisənin yaşanacağını təxmin belə etməzdi...".
O əlavə edib ki, iyulun 15-i tarixində həm Türkiyə, həm Azərbaycan cəmiyyətini dərindən üzən hadisələr yaşandı: "Fikrimcə, tarix çətin ki, 15 iyulda qardaş Turkiyədə bas verən ağır və fəlakətli hadisəni unuda bilsin. Bu, sadəcə mumkün deyil. Turkiyənin bağrına elə bir xəncər saplandı ki, hələ uzun zaman onun yarası qaysaq bağlamayacaq. Qanuni höküməti, seçilmiş prezidenti devirmək üçün nədən bu qan töküldü? Kimlər bu xəyanəti hazırladı? Təkcə Fətullah Gülənmi? Bu sualların cavabı hökmən tapılacaq və qəsdə duranların cəzası hökmən veriləcək. Ordunun içərisindən ayrılan bir hissənin hökumətə qarşı çıxmasına, günahsız insanlara silah qaldırmasına heç bir bəraət, haqq qazandırmaq olmaz. Lakin Türk xalqının, Türkiyə cəmiyyətinin birliyi isbat etdir və etdi ki, artıq silahla, bombalarla onu qorxutmaq, Türkiyəni təməl prinsiplərdən çəkindirmək mümkünsüzdür". Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti Türkiyədə yaşananlara ən ilk, ən çevik, ən düzgün reaksiya verən ölkə oldu. Çünki bunun əksini gözləmək də mümkün deyil: "Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti, Azərbaycan iqtidarı hər zaman bütün məsələrdə Türkiyə dövləti, Türkiyə cəmiyyəti və onun səs verib hakimiyyətə gətirdiyi qanuni hakimiyyətin yanında yer alıb. Konkret olaraq, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mətbuata açıqlama verərək Prezident İlham Əliyevin Türkiyədə baş vermiş hadisədən ciddi narahat olduğunu və dövlət çevrilişi cəhdini qətiyyətlə pislədiyini bildirdi. O, açıqlamasında bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün gecə qardaş Türkiyədə baş verən hadisələri həyəcanla izləyib və yaşanan proseslərdən dərin narahatlıq keçirib. "Azərbaycan Prezidenti bu hadisəni birmənalı şəkildə dövlət çevrilişi cəhdi kimi qiymətləndirərək qətiyyətlə pisləyib, onu Türkiyə xalqının milli maraqlarına, ölkənin demokratik əsaslarına və hüququn aliliyinə qəsd kimi dəyərləndirib. Prezident İlham Əliyev Azərbaycanın Türkiyə dövlətinin və xalqının yanında olduğunu, Türkiyə vətəndaşlarının demokratik yolla seçdiyi hakimiyyəti hərtərəfli dəstəklədiyini bəyan edib, bununla bağlı ölkənin müvafiq orqanlarına lazımi tapşırıqlar verib"-deyə, o, bəyan etdi. Bunun ardınca Prezident Administrasiyası rəbərinin müavini Novruz Məmmədov Azərbaycan dövləti və dövlət rəhbərinin qətiyyətli, birmənalı mövqeyini bir daha səsləndirdi, Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan dövlətinin adından rəsmi şəkildə Türkiyədəki çevriliş cəhdini pisləyən bəyanatla çıxış etdi. Bundan aydın, birmənalı mövqe, çevik reaksiya nə ola bilərdi? Və yaxud da, dövlət başçısı özü iyulun 18-də Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək, bir daha Türkiyədə hərbi çevriliş cəhdini qətiyyətlə pisləyərək bəyan etdi ki, Azərbaycan xalqı və dövləti həmişə olduğu kimi, Türkiyə xalqı və dövlətinin yanındadır. Prezident həmçinin, əminliyini ifadə etdi ki, Türkiyəni bundan sonra da heç bir qüvvə inkişaf və demokratiya yolundan döndərə bilməz. Eyni zamanda, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da prezident İlham Əliyevin və Azərbaycan xalqının göstərdiyi qardaşlıq mövqeyini yüksək qiymətləndirərək bildirdi ki, Türkiyə rəhbərliyi ölkədə vəziyyəti normallaşdırmaq üçün bütün lazımi tədbirləri görməkdədir. İndi bundan sonra bu ittihamları səsləndirənlər görəsən nəyə əsaslanıb belə əsassız, gülüş doğuran ittihamlarla çıxış edirlər? Bu adamların məqsədi sadəcə, bulanıq suda balıq tutmaq və ya suyu bulandırmaqdır. Ancaq həmin adamlar bununla heç nəyə nail ola bilməyiblər və ola da bilməzlər. Onların çirkin niyyətləri baş tutmayıb və tutmayacaq. Əslində onların Türkiyədə qiyama cəhd edənlərdən, qanuni hakimiyyəti qeyri-qanuni, zorakılıqla devirməyə çalışanlardan heç bir fərqi yoxdur. Qoy Allah belələrinə ağıl versin!".
Millət vəkili əlavə edib ki, Türkiyədəki məlum hadisələr zamanı Azərbaycanda baş vermiş qiyam, çevriliş cəhdləri yadına düşüb: "Düzdür, o zaman qiyama cəhd edən cinayətkarlar cəzəlandırıldı, Ulu Öndər Heydər Əliyevin bir çağırışı ilə on minlərlə vətəndaşımız qanuni höküməti qorumaq üçün Prezident sarayının qarşısına toplaşdı. Bu da onu sübut etdi ki, ölkəmizdə hakimiyyətin mənbəyi xalqdır və Heydər Əliyevi Azərbaycan xalqı özünə rəhbər seçmişdi. Oxşar hadisələr də Türkiyədə baş verdi və Rəcəb Tayyib Ərdoğanın xalqa müraciəti böyük dəstək qazandı. Bu isə dövlət çevrilişinin qarşısını alan əsas amillərdən biri oldu. Bu baxımdan hesab edirəm ki, qardaş ölkədə demokratiya və huququn aliliyi tezliklə bərqərar olacaq. Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Müstafa Kamal Atatürkün qurduğu dövlət gələcəkdə daha möhkəm, daha hürr yaşamağa layiqdir. Lakin onun yaratdığı Böyük Millət Məclisinin göydən bombalanmasını da bu günlərdə ürək ağrısı ilə yad etməmək mümkün deyildi. Bu bombalar qanunun, demokratiyanın, insan huquq və azadlıqlarının, türk xalqının tələb və istəklərini qoruyan müqəddəs bir ocağın üzərinə atıldı... Kimlər buna imza atdı, hansı ağılsız başlar buna qərar verdi? İnsanı içindən parçalayan, damarlarında qanını donduran belə iyrənc tərz Türkiyənin tarixinin heç bir dönəmində baş verməmişdi. Burada sıravi Türk əsgərinin günahlandırılması, toplum şəklində Türkiyənin bütün Silahlı Qüvvələrinin bəzi provakasion hədəflərə məruz qoyulması qəbuledilməzdir... Ancaq inanıram ki, Türkiyə bu günləri də keçib gedəcək və öz sabitliyinə tam qovuşacaq, demokratiyanın, insan haqlarının, hüququn üstünlüyü qalib gələcək". E.İbrahimov bildirib ki, çevrilişə cəhdinin ilk anından bunun araxasında Gülənin və örgütünün dayandlğı vurğulanırdı. Hətta, qiyama cəhddə işrirak edən yüksək çinli hərbiçilərin özləri də bir növ etiraf ediblər və yaxud, onların Gülənə yaxınlığı heç kimdə şübhə doğurmur, bunun onların özləri də gizlətmir: "Amma bir məsələ də var- axı necə oldu ki, FETÖ-çülar bütün dovlət orqanlarını, hətta Silahlı Qüvvələri bu dərəcədə bürüdü? Qəribədir ki, Prezident Ərdoğanın və Baş Qərərgah rəisi Hulusi Akarın yavərləri də Fətullahçı çıxdı. Adamlar bu üst qatlara necə yüksələ bilmişlər? Türkiyə prezidenti cənab Ərdoğan da bildirir ki, çevriliş barədə onu ilk məlumatlandıran yeznəsi olub. Bəs Prezidenti xəbərdar etməkdə Türkiyənin xususi xidmət orqanlarının gecikməsinə nələr və kimlər səbəb olmuşdu? Eyni zamanda, FETÖ-çülərin illərlə hazırlıq apararaq dövlət strukturlarına soxulmasının qarşısının vaxtında alınmaması gətirib belə bir faciəyə çıxardı. Axı bir-iki-beş deyil, minlərlə adamdan söhbət gedir. Söhbət ondan gedir ki, sadəcə yetkili orqanlar və onların rəhbərləri öz işlərini layiqincə yetirməkdən uzaq düşübmüşlər.Türkiyə höküməti və parlamenti onlardan bunun hesabını sormalıdırlar və inanıram ki, bu, sorulacaq. Bir daha məlum hadisələrlə bağlı Türkiyəyə, Türkiyə cəmiyyətinə keşmiş olsun deyirik. Eyni zamanda, Azərbaycan dövləti və cəmiyyəti olaraq hər zaman onun yanındayıq. Bizim birlik və bərabərliyimizi heç bir qüvvə poza bilməz və bilməyəcək də".