Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Ankara nədən soyqırım ifadəsindən imtina etdi?

Ankara nədən soyqırım ifadəsindən imtina etdi? Siyasət

Ankara nədən soyqırım ifadəsindən imtina etdi?

Niyaməddin Orduxanlı: "Xocalı abidəsinə arzuolunmaz düzəliş Türk dünyasına qarşı olan addımdır"
Fazil Mustafa: "Qardaş ölkənin bu addımı başadüşülən deyil"
Toğrul İsmayıl: "Türkiyə Xocalı hadisələrini soyqırım olaraq qəbul etməyi"

Türkiyənin Uşak vilayətində Xocalı soyqırımı qurbanlarının xatirəsinə tikilən abidənin adı dəyişdirilib. Türkiyə mediasının yaydığı məlumata görə, abidənin üzərində yazılan "soyqırım" sözü pozulub və "qətliam" sözü yazılıb. Abidənin açılışı bu ilin fevral ayında sabiq bələdiyyə sədri Əli Ərdoğanın iştirakı ilə edilmişdi. Lakin qardaş ölkədə bələdiyyə seçkilərindən sonra bu kresloya gələn yeni sədr - Nurullah Cihan abidənin üzərindəki "soyqırım" sözünü bu yaxınlarda "qətliam" sözü ilə dəyişdirməyə qərar verib. Türk saytlarının yazdığına görə, o, bu addımı Türkiyə hökumətinin tələbi ilə atıb. Bəlli olur ki, Türkiyədə yaşayan ermənilər abidənin adına etiraz ediblər. Onların könlünü almaq üçün Uşak bələdiyyəsi "Xocalı soyqırımı" sözünü "Xocalı qətliamı" ilə dəyişdirib. Xarici İşlər Nazirliyinin isə məsələyə yanaşması belə olub: "Rəsmi Ankara Ermənistanla münasibətləri normallaşdırmaq istiqamətində addımlar atır və erməniləri incitmək istəmir". Xocalının sabiq icra başçısı, millət vəkili Elman Məmmədov türk saytına açıqlamasında bu abidənin açılışında iştirak etdiyini, amma "soyqırım" sözünün silinməsindən xəbərsiz olduğunu bildirib: "Abidənin açılışında iştirak etdim. Açılış əsnasında abidənin üzərində "Xocalı soyqırımı" yazılmışdı. Amma Türkiyədən bizə qarşı bu hörmətsizliyi normal qarşılamıram. Çünki bu gün ABŞ-ın 15 ştatı Xocalı soyqırımını tanıyır. Belə bir zamanda qonşu və qardaş ölkənin bu addımına xəyanətdən başqa söz tapa bilmirəm".
Türkiyənin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, onlar da bu məlumatı media vasitəsilə öyrəniblər. Ancaq fakt hələlik öz təsdiqini tapmayıb: "Bu məlumatı verən mənbənin adını ilk dəfə eşidirəm. Əgər belə bir hadisə baş veribsə faktı da ortaya qoymaq lazımdır. Ancaq hələlik ortada heç bir fakt yoxdur. Məsələ araşdırıldıqdan sonra lazımi açıqlama veriləcək".
Buna kəskin etirazını bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlının sözlərinə görə, bu hadisə baş veribsə, birbaşa bütün Türk dünyasına qarşı olan addımdır: "Xocalı bütün türk dövlətlərinin ortaq dərdidir, soyqırımıdır. Abidənin üzərindən soyqırımı pozub qətliam yazmaq nə deməkdir? Ermənilər buna etiraz edib deyə, dəyişdiriblər. Hamı da bilir ki, Türkiyə hökumətinin razılğı olmadan bu addımı atmaq olmaz. Sonra da deyirlər ki, biz danışırıq. Etiraz edirik. İndi danışmayasan nə edəsən? Buna nə sözünüz?
Axı biz görürük ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Türkiyə dövlətinə qarşı böyük addımlar atır və daim Türkiyənin milli maraqlarının müdafiəçisi kimi çıxış edir və müdafiə edir! Hər zaman Türkiyəyənin yanında olur və böyük dəstəklər verir. Bütün bunların müqabilində Türkiyə hökuməti nə edir? Biz həmişə arzulamışıq ki, İlham Əliyevin Türkiyəyə olan sevgisinin və münasibətinin qarşılığını Ərdoğan Azərbaycana etsin. Ərdoğan İlham Əliyevin Türkiyəni sevdiyi qədər Azərbaycanı sevsin. Ərdoğana yaltaqlanmaq peşənizdən əl çəkin. Ərdoğanın maraqlarını deyil, Azərbaycanın milli maraqlarından çıxış edin. Düşünürəm ki, tezliklə abidəyə olunan düzəliş tez bir zamanda aradan qaldırılacaq".
Milli Məclisin İnsan hüquqları Komitəsinin üzvü Fazil Mustafa qardaş ölkənin bu addımının başadüşülən olmadığını qeyd edib: "Bu, bütün hallarda yanlış addımdır. Xocalıda baş verənlərin soyqrımı kimi tanınması həm Azərbaycanın, həm də Türkiyənin maraqlarına uyğun siyasətdir. Baş verənlər çox ciddi narahatçılıq doğuran amildir. Bu məsələyə Türkiyə hakimiyyəti tərəfindən rəsmi münasibət bildirilməlidir". Fazil Mustafa Türkiyə XİN-nin məlum açıqlamasını da şərh edib: "Türkiyənin Xarici İşlər Nazirliyinin açıqlaması da siyasi cəhətdən yersiz və uyğunsuzdur. Türkiyədə yaşayan ermənilər baş vermiş Xocalı soyqırımının məsuliyyətini daşımırlar ki! Mədəni erməni vəhşi erməniyə görə məsuliyyət daşımır ki, Türkiyədə yaşayan ermənilərin etirazına görə belə addım atılsın! Türkiyənin bu addımı çox ciddi siyasi səhvdir. Bu səhvin bədəli Türkiyənin özünə fayda verməyəcək".
Bütöv Azərbaycan Birliyinin sədri Aqil Səmədbəyli bildirib ki, son zamanlar Türkiyə və Ermənistan arasında münasibətlər istiləşməyə doğru gedir. Onun sözlərinə görə, Türkiyə qondarma erməni soyqırımının 100 illiyi ərəfəsində Ermənistanla münasibətləri yaxşılaşdırmağa çalışır: "Eyni zamanda Türkiyə də rəsmi olaraq Xocalıda baş verən soyqırımı tanımayıb. Buna görə də abidənin üzərindən rəsmi qəbul olunmamış bir ifadənin çıxarılması çox da təəccüblə qarşılanmamalıdır. Qarşıdan 2015-ci il gəlir. Türkiyə hökuməti bunu da nəzərə alaraq gələn ilə kimi ermənilərlə mümkün qədər yaxınlaşmağa çalışacaq. Bununla da ermənilərin iddia etdiyi soyqırımın 100 illiyinə qədər türklərin maksimim ehtiyatla hərəkət edəcəkləri proqnozlaşdırıla bilər".
Politoloq Vəfa Quluzadə isə hesab edir ki, bu məsələni xəyanət kimi qiymətləndirmək düzgün deyil: "Əvvəla "soyqırım" sözü, türk dilində təxminən "qətliam" mənasını verir. Ona görə də mən bu məsələni şişirtməyin tərəfdarı deyiləm və inanmıram ki, Türkiyə bu yolla Ermənistanla münasibətləri yaxşılaşdırmaq istəyir. Ümumiyyətlə, belə məsələlər Türkiyənin daxili məsələsidir. Belə məqamlara soyuqqanlı yanaşmaq lazımdır. Əslində, Türkiyə bu soyqırım məsələlərində ittihamlardan yayınmaq istəyir. Ancaq abidənin üstünə nəyisə fərqli yazmaqla buna nail olmaq mümkün deyil".
Millət vəkili Zahid Oruc da bunu özəl qərar kimi qiymətləndirdi və xəyanət olmadığını bildirib: "Bildiyim qədər soyqırım ifadəsi "qətliam" mənasını verir. Eyni zamanda hesab edirəm ki, bu ifadənin dəyişdirilməsi özəl qərardı və dövlətin siyasətinə aidiyyəti yoxdur. Ancaq bu məsələnin medianın diqqətini çəkməsi başadüşüləndir. Ancaq mən bu hadisəni xəyanət kimi qiymətləndirməyi, Türkiyəyə qarşı ədalətsizlik kimi qiymətləndirərdim. Hesab edirəm ki, abidələrin qoyulması ilə bağlı dövlətlərarası sənəd olmalıdır ki, bu məsələ iqtidarların fərdi seçimindən asılı olmasın. Türkiyə Qarabağ məsələsində konkret mövqe ifadə edib və öz problemi kimi yanaşıb. Biz də bunu qiymətləndiririk".
Türkiyədə fəaliyyət göstərən politoloq Toğrul İsmayıl dedi ki, rəsmi Ankara ümumiyyətlə soyqırım ifadəsini məqbul saymır: "Bir də Türkiyə Xocalı hadisələrini soyqırım olaraq qəbul etməyib. Ona görə də belə halların olması labüddür".

Əli