10:36
952
İsrail ordusunun artilleriyası Livanın cənubundakı Nəbətiyyə vilayətində şiə "Hizbullah" təşkilatının dayağı hesab edilən Əli ət-Tahir dağlıq ərazisini intensiv atəşə tutub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Al-Markaziya" agentliyi məlumat yayıb.
Məlumata görə, yeraltı sığınacaqlar və tunellərin yerləşdiyi yüksəkliklərdə güclü partlayışlar baş verib. Nəbətiyyə əl-Fəvqa şəhərindəki yaşayış məhəllələri də atəşə məruz qalıb, nəticədə bir neçə bina dağılıb. Zərbələrin endirildiyi ərazilərdən göyə qatı tüstü sütunları yüksəlib.
Məryəm Quliyeva