“Ermənistan müharibədə tək qalacaq” Siyasət

“Ermənistan müharibədə tək qalacaq”

Mehmet Fatih Öztarsu: "Ona görə də ordusunu təkbaşına gücləndirmək istəyir"

"İrəvan Moskvaya şübhəylə yanaşmaqda davam edəcək, çünki ortada güvən problemi var". Bu fikri Cənubi Qafqaz üzrə türkiyəli ekspert Mehmet Fatih Öztarsu Azərbaycan və Ermənistanın Rusiyadan silah almasına münasibətində deyib. O qeyd edib ki, Rusiya Ermənistanın hərbi müttəfiqi olmasına baxmayaraq Azərbaycana da silah satır.
Ekspert hesab edir ki, hər iki dövlət qarşı tərəfin Rusiyadan silah almasından narahat olduğunu dilə gətirə bilər, çünki ortada regional problem var.
Öztarsu vurğulayıb ki, buna görə də ehtimal edilən müharibədə tək qalacaq Ermənistan ordusunu təkbaşına gücləndirmək istəyir: "Bu sahədə isə onun nə qədər bacarıqlı olacağı bilinmir. Bir gerçəklik var ki, Ermənistanın Rusiyadan kənar ölkələrlə sağlam münasibət qurmağa ehtiyac duyur və ölkə daxilində bu məsələ çox müzakirə edilir. Ermənistan iqtisadi çətinliyə daxil olmağa risk etsə, 2018-ci ildən sonra yeni bir istiqamət götürə bilər".