“İrəvan unudur ki, Azərbaycan istənilən yolla ərazi bütövlüyünü təmin edəcək” Siyasət

“İrəvan unudur ki, Azərbaycan istənilən yolla ərazi bütövlüyünü təmin edəcək”

Aydın Mirzəzadfə: "Əgər Ermənistan Qarabağ məsələsinin tənzimlənməsi ilə bağlı konstruktiv mövqe tutmasa və gec-tez öz mövqeyini ortaya qoymasa, onda onları növbəti Aprel hadisələri gözləyir"

Erməni mətbuatının verdiyi məlumatlara görə, Sarkisyan rejimi artıq bütün imkanlarını xalqın üsyana qalxmamasına səfərbər edib. Lakin ötən ay siyasi məhbusların etirazı, bu günlərdə isə kəndlilərin ayağa qalxması bu rejimin tezliklə süquta uğraya biləcəyindən xəbər verir. Lragir saytı yazır ki, Sarkisyan hakimiyyətinin ölkədə əhalinin sosial problemlər içşində batmasına baxmayaraq hələ də Dağlıq Qarabağ münaqişəsi məsələsini öz xeyrinə həll etməməsi xalqın hiddətinə səbəb olub. Ermənistanın işğalçı hakimiyyəti Qarabağ işğalı məsələsindən yetərincə sui istifadə edə bilib. Amma bunun daha uzun sürməyəcəyi reallaşır. O da bilidirilir ki, rəsmi Moskvanın dəstəyi ilə 25 ildən artıqdır ki, Qarabağ kartından istifadə etməklə işğalçılar hakimiyyəti bir-birinə ötürürlər. Saytın yazdığına görə, hər gün atəşkəsin pozulması nəticəsində erməni əsgərlərinin ölümü əsgər anaların etirazına səbəb olur ki, bu da Sarkisyanın qorxusunu artırır.
Qeyd edək ki, hər gün Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan da (4 mərmi) istifadə etməklə atəşkəs rejimini ən azından 100-150 dəfə pozur. Bu da onu deməyə əsas verir ki, ermənilər hələ də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı deyillər və kənar qüvvənin sifarişini həyata keçirməkdədirlər.
Millət vəkili Aydın Mirzəzadənin fikirncə, nə qədər ki, Ermənistan hakimiyyətində qatı millətçilik və qonşu dövlətlərin torpaqlarına iddia siyasəti hökm sürəcək, cəbhə xəttində ermənilərin təxribatları müşahidə ediləcək.
Millət vəkili ermənilərin cəbhədəki son təxribatlarının arxasındakı məqsədlərdən söz açıb:
"Bu, bir tərəfdən Azərbaycanı Ermənistanın işğalçılıq siyasəti ilə barışdırmaq cəhdidir. Digər tərəfdən isə Ermənistanın daxili siyasətinə, vətəndaşlarında bir güc olduqları təəssüratını yaratmağa hesablanmış bir addımdır. Ancaq Ermənistan dövlətçiliyi layihəsi iflasa uğradı. Bu gün Ermənistan arzuolunan tərəfdaş deyil və bu ölkəyə investisiya qoyulmur. Ona görə də hakimiyyətdə qalmaq üçün yeganə faktor, ancaq Dağlıq Qarabağ məsələsini şişirtmək və cəbhədə daim gərginlik yaratmaqdır. Düzdür, bu, Ermənistana baha başa gəlir, ölkə büdcəsinin az qala 30-35 faizi müharibə probleminə xərclənir. Bununla belə, Ermənistan büdcəsi xarici donorların hesabına formalaşır. Ancaq Ermənistan hakmiyyətini cəmiyyətin problemləri deyil, məhz hakimiyyətdə qalmaq maraqlandırır. Bu, Ermənistanı uçuruma aparacaq. İrəvan unudur ki, Azərbaycan istənilən yolla ərazi bütövlüyünü təmin edəcək. Əgər Ermənistan Qarabağ məsələsinin tənzimlənməsi ilə bağlı konstruktiv mövqe tutmasa və gec-tez öz mövqeyini ortaya qoymasa, onda onları növbəti Aprel hadisələri gözləyir. Nəzərə alsaq ki, hazırda bunun üçün kifayət qədər əsaslar var. Azərbaycan hələ də problemin həlli üçün Ermənistana şans verir. Ermənistan Azərbaycana qarşı mənfur siyasətindən əl çəkməlidir".
Politoloq Vasif Əfəni hesab edir ki, düşmən qüvvələr separatçı əməllərinə haqq qazandırmaq məqsədini güdərək, Azərbaycan mövqelərinə qarşı hərbi əməliyyatlar keçirməyə cəhd etdilər.

Düşmən qüvvələrinin həmlələrini dəf edən ordumuz qarşı tərəfə layiqli cavabını verir: "Hərbi əməliyyatların intensivləşməsinə baxmayaraq BMT, ABŞ və Avropa Birliyi ölkələri bir qədər gözləmə mövqeyi tutdular. BMT və qərbin Azərbaycanı öz torpaqlarında hərbi əməliyyatlar apardığına görə öncələrdə olduğu kimi, ittiham etməməsi bizə olan münasibətdə dəyişikliyin yaranması ümidlərini yaradır. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun üzvü və münaqişənin nizamlanmasında məsul tərəf olan Rusiya yalnız müşahidəçi mövqeyində çıxış edir və Ermənistan silahlı qüvvələrinin xain hücumunu pisləmir.
V.Əfəndi ötən ilin aprel döyüşlərini misal çəkərək bildirib:"Aprel döyüşlərinin xüsusi əhəmiyyəti ondadır ki, indiyə qədər beynəlxalq qurumlar və Avropa birliyi dövlətləri tərəfindən bizə qarşı atəşkəs rejimini əməl etmək tələbləri daha yumşaq xarakter aldı. ATƏT-in Minsk qrupunun amerikalı keçmiş həmsədri Uorlik və indiki həmsədr Yaqland torpaqların təxirə salınmadan işğaldan azad olunmasını tələb etdilər. Bu isə indiyə qədər Azərbaycana qarşı göstərilən mövqelərin ən ədaləti variantı kimi qəbul etmək olar. Beynəlxalq birliklərin Azərbaycana qarşı ədalətli mövqeyə yaxın münasibəti ölkəmizin torpaqlarımızdan vaz keçməyəcəyi əminliyini gördükdən sonra yarandı. Amma Rusiya bu istiqamətdə tələskən və açıq - aydın tərəfkeşlik nümayiş etdirən mövqe sərgiləsə də hadisələrə hərbi müdaxilə etmək gücündə olmadığını anladı. O səbəbdən də Ermənistan hərbi əməliyyatların ünvanını dəyişərək Qarabağdan kənara çıxmasında maraqlıdır".
Politoloq Elşən Həsənovun fkrincə, ermənilərin hər gün atəşkəs rejimini pozamsının arxasında Rusiya dayanır: "Ermənistanda vəziyyət Dağlıq Qarabağ münaqişəsi başlayandan bu günədək acınacaqlı durum alıb. İşğalçı ölkə bütünlüklə Rusiya tərəfindən himayə olunur. Ermənistanda siyasi böhran yaşanmaqdadır. Xarici erməni diaspor təşkilatları belə artıq Dağlıq Qarabağ kartından hakimiyyətini möhkəmləndirmək üçün istifadə edən Sarkisyan reşimindən üz döndərib. Atəşkəsin hər gün pozulması ermənilərə heç də xeyir gətirmir. Sdadəcə işğalçı rejim daxili auditoriyanı sakitləşdirmək məqsədilə bu üsula əl atır".
E.Həsənov onu da qeyd edib ki, Ermənistanı qorxudan səbəblərdən biri də Azərbaycan ordusunun gücüdür: "Ermənistanda ordu quruculuğu aparılmır. Ermənistan ordusunun inhisarında olan hərbi texnika isə bütünlüklə Rusiyaya məxsusdur. Ermənistan hərbiyyəsi də Rusiyanın nəzarətindədir. Sadəcə Ermənistan Azərbaycanın müasir tipli silahlara malik olmasından qorxduğundan əlinin altında olan bir-iki texnika ilə rəsmi Bakını hədələməkdədir. Maraqlı məqamlardan biri də odur ki, dünya birlikləri, başda Minsk qrupu üzvü olan dövlətlər Ermənistana təzyiq göstərmirlər. Ermənistan açıq-aşkar bütün beynəlxalq hüquq normalarını pozur. Ermənistan isə hər vəchlə Azərbaycana qarşı təxribatlarına ara vermir. Məsələn bu günlərdə Erməni mətbuatı Azərbaycanın işğal olunmuş ərazisində yerləşən Xocalı aeroportu ilə bağlı yeni məlumat yayıb. Ermənistan KİV xəbər verir ki, "Yell Extreme Park" layihəsi çərçivəsində aeroportdan 2 yerlik təkmotorlu təyyarələr havaya qalxacaq və Şuşaya qədər uçuşlar gerçəkləşdirəcək.
"Xankəndi-Şuşa reysi ilə uçuşlar başlayacaq. Bu layihə esktremal turizm həvəskarları üçün nəzərdə tutulub" –deyə "Yell Extreme Park" laiyhəsinin rəhbəri Tiqran Çibuxçyan məlumat verib. Təxminən gün ərzində 20-yə qədər davam edəcək uçuşların təkcə Şuşaya deyil, həmçinin, Kəlbəcər ərazisindəki alban monastırı istiqamətində gerçəkləşəcəyi bildirilir. 2011-ci ildə 8 milyon dollara yenidən rekonstruksiya olunan Xocalı aeroportundan İrəvana uçuşların gerçəkləşəcəyi elan olunsa da, rəsmi Bakının sərt xəbərdarlığından sonra Ermənistan rəhbərliyi bu uçuşları gerçəkləşdirməyə cürət etməmişdi".
Politoloq bildirib ki, ermənilərin hər belə təxribatı onlara heç də xeyir verməyib və verməyəcək də: "Dünya birlikləri, Ermənistanı himayə edən qüvvələr də yaxşı anlayırlar ki, artıq Azərbaycan həqiqətləri reallaşır, daha əvvəlki kimi qəbul edilə bilməz. Ermənistanın işğalçılıq siyasəti iflasa uğrayır. Lakin Rusiyanın bğlgədə hegemonluğu işğalçı ölkəni bu məsələdə arxayınlaşdırıb. Aprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycan ordusu hansı gücə malikdir. Aprel döyüşlərindəki zəfərimiz Erməönistana bir mesaj idi. Ermənistan indi qorxu içindədir ki, birdən yenidən Aprel döyüşləri başlayar və o zaman Azərbaycanın qarşısını kəsmək mümkün olmayacaq".
Politoloq Mirsamir Məmmədov bildirib ki, Errmənistan heç vaxt Dağlıq Qarabağı əlində saxlaya bilməyəcək: "Hər gün atəşkəsi pozan Ermənistan öz gücünü yox, qorxaqlığını nümayiş etdirir. Azərbaycanın apardığı xarici siyasət və ordu quruculuğu Qarabağın tezliklə işğaldan azad ediləcəyindən xəbər verir. Sadəcə rəsmi Bakı müharibə əleyhinə olduğundan silaha əl atmır. Yenə də Ermənistana şans verir ki, torpaqlarımızdan öz xoşuyla çıxsın. Əgər bu baş verməzsə təbii ki, müharibə variantından istifadə olunacaq. O zaman Ermənistanı daha ağır zərbələr gözləyəcək. O zaman Azərbaycanın qabağını almaq olmayacaq. Nə Rusiya, nə Minsk qrupunun üzvlərinin xahişi nəticə verməyəcək".

Cavid