“İlk baxışda paradoksal bir vəziyyət yaranıb” Siyasət

“İlk baxışda paradoksal bir vəziyyət yaranıb”

Sahib Alıyev: "Moskva ilə savaşda Kiyevi dəstəkləyən çevrələr də maraqlıdır"

"Son günlər Ukraynada yaşananlar deyəsən, Moskvada alqışlanır. Orada xaosun olması, yaxın perspektiv üçün və taktiki baxımdan, bəlkə də Rusiyanın maraqlarına cavab verir. Ən azı ona görə ki, hər iki ölkə "de-fakto" savaş vəziyyətindədirlər". Bunu açıqlamasında millət vəkili Sahib Aliyev deyib. Onun sözlərinə görə, ilk baxışda paradoksal bir vəziyyət yaranıb. Amma görünən budur ki, Ukraynada qarşıdurmaların baş qaldırması və onun davamlı xarakter almasında Moskva ilə savaşda Kiyevi dəstəkləyən çevrələr də maraqlıdır. Özü də onların bu yanaşması taktika deyil, strategiyadır. Birinci ona görə ki, zəif Ukraynaya öz istəklərini daha asanlıqla diqtə etdirəcəkləri düşüncəsindədirlər və bu həqiqətən də belədir. İkincisi, Ukraynada xaos varsa, onların fikrincə, həmin xaosun nə vaxtsa Rusiyaya sıçradılması şansı da var".