Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş təyyarəsinin qəzaya uğrama səbəbi müəyyən edilib Siyasət
- 22 Avqust 2019 11:10
- 1 624
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi “MiQ-29” tipli döyüş təyyarəsinin qəzaya uğrama səbəbinin müəyyən edilməsi ilə bağlı məlumat yayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları həyata keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin “MiQ-29” tipli döyüş təyyarəsinin uçuşun bort qeydiyyatçısındakı (“qara qutu”) məlumatlar və uçuşun aparılması ilə bağlı digər texniki sənədlər mütəxəssislər tərəfindən təhlil edilərək öyrənilib.
Müdafiə nazirinin əmrinə əsasən, qəzanın səbəblərinin müəyyən edilməsi ilə bağlı yaradılan Aviasiya hadisəsinin araşdırılması komissiyasının gəldiyi son rəyə görə təlim-məşq uçuşlarına cəlb edilən təyyarə qəzaya uğrama anına qədər döyüş qabiliyyətli və tam saz vəziyyətdə olub. Hadisənin baş vermə səbəblərinin öyrənilməsi zamanı məlum olub ki, təyyarə Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşub və pilot xəsarət alıb. “Qara qutu”dan əldə edilən məlumatlara əsasən, pilot qəzanın qarşısını almaq məqsədilə təyyarənin idarəolunmasını bərpa etməyə cəhd göstərib. Lakin pilotun aldığı ağır bədən xəsarəti bunu mümkünsüz edib və nəticədə aviasiya vasitəsinin qəzaya uğramasına gətirib çıxarıb.
“Bəzi kütləvi informasiya vasitələrində aviasiya vasitələrinin gövdəsində yerləşən bort qeydiyyatçısında – “qara qutu”da olan məlumatların oxunması üzrə ölkəmizdə mütəxəssislərin və xüsusi avadanlığın olmaması barədə əsassız iddialar yer alıb.
Bildiririk ki, hər uçuşdan sonra “qara qutu”dakı məlumatlar peşəkar aviasiya mütəxəssislərimiz tərəfindən xüsusi laboratoriyada öyrənilir, təhlil edilir, uçuş barədə informasiya müəyyənləşdirilir və bunun nəticəsində hərbi pilotun qarşıya qoyulan tapşırıqları necə icra etməsi və aviasiya vasitəsinin texniki vəziyyəti barədə tam təsəvvür yaranır.
Bütün bunları nəzərə alaraq, məlum məsələyə dair qeyri-peşəkar şərhlərə və əsassız iddialara son qoyulmasını məqsədəuyğun hesab edirik”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
- 24 Aprel 23:38
- 847
- 24 Aprel 23:33
- 945
- 24 Aprel 23:28
- 952
-
ABŞ-ın daimi nümayəndəsi Rusiyanı nüvə müharibəsini qızışdırmaqda ittiham edib
-
Azərbaycan nefti cüzi bahalaşıb
-
Rusiyada Bexterev xəstəliyinin müalicəsi üçün dünyada ilk dərman qeydiyyata alınıb
-
Amerikalı general: "NATO-nun Avropadakı təlimləri Rusiyaya qarşı keçirilir"
-
ABŞ və Niger Amerika qoşunlarının ölkədən çıxarılmasını müzakirə edəcək
-
Blinken: "ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır"
-
Bakıda bu yollarda tıxac var - SİYAHI
-
Yaşar Güler avstraliyalı həmkarı ilə görüşüb
-
İstanbul Hava Limanı yenidən Avropanın ən işlək hava limanı seçilib
-
Çində 2030-cu ilə qədər hər 3 avtomobildən 1-i elektromobil olacaq
-
Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro yardım ayırıb
-
Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb
-
Cevdet Yılmaz Rumıniyaya rəsmi səfər edəcək
-
SOLOTÜRK Çanaqqala üzərində nümayiş uçuşu keçirib
-
Zelenski Qərbi ittiham edib
-
“Liverpul” derbidə "2" alıb
-
Bayden administrasiyası Ukraynanın uğur qazanacağına şübhə ilə yanaşır
-
Husilərin 4 PUA-sı vurulub
-
İspaniyanın Baş naziri istefaya gedə bilər
-
Macarıstanın xarici işlər naziri Azərbaycana gəlib
-
ATACMS-ların Ukraynaya verilməsi təhlükəni artırır
-
Ermənistana verilmiş torpaqların qaytarılması mexanizmi hazırlanmalıdır
-
Azərbaycan hər zaman özünü dövlət kimi aparmağı bacarır
-
“4 kəndin azad edilməsi Prezident İlham Əliyevin qələbə strategiyasının davam etdirilməsidir”
-
Azərbaycanın növbəti böyük siyasi və diplomatik uğuru
-
Dünyada ərzaq və normal qidalanma problemləri kəskinləşir
-
“Əli Hüseynov Gürcüstanda uzaqgörən və cəsur azərbaycanlı siyasətçi kimi tanınıb”
-
“COP29-un Bakıda keçirilməsi Azərbaycan mərkəzi ölkəyə çevrildiyini göstərir”
-
Ərdoğanın İraqa səfərində mühüm məqam
-
“Bakcell”in insanabənzər robotu insanları Bulvara səsləyib
-
Ombudsman Böyük Britaniya səfiri ilə Ermənistanın Azərbaycana qarşı mina terrorundan danışdı
-
Fikir ADA-sından son mesaj
-
Şəkidə 2 mərtəbəli ev yanıb
-
Türkiyənin keçmiş idman naziri evində ölü tapılıb
-
Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib
-
İlk rübdə Azərbaycanın sığorta bazarı 8% böyüyüb
-
Azərbaycan ABŞ-la maliyyə sahəsində kibertəhlükəsizlik məsələlərini müzakirə edib
-
Kobaxidze Viktor Orbanla görüşəcək
-
Fransa klubu Zubiri transfer etmək istəyir
-
Əfv Məsələləri Komissiyasının iclası keçirildi - Müraciətlərə baxıldı
-
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
-
İmmunçatışmazlığı olan hər il qripə qarşı peyvənd edilməlidir - SN
-
Bu dərmanların Azərbaycana gətirilməsi qadağası ləğv edilir
-
Azərbaycan mövcud fikir ayrılıqlarının sülh yolu ilə həllinə tam sadiqdir - Elçin Əmirbəyov
-
Bu il Cəbrayıla 712 ailənin köçürülməsi nəzərdə tutulur
-
Pakistandan Azərbaycana turist axınının artırılması üçün yeni imkanlar açılır
-
Bakı dünyada ən çox xarici investisiya yatırılan üçüncü şəhər olub
-
Azərbaycan və İordaniya prokurorluqları arasında memorandum imzalanması barədə razılığa gəlinib
-
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı birtərəfli bəyanatları rədd edib
-
“TikTok”dan yazırlar ki, gəlib uşağı çəkək, amma öz bank kartımızı qoyaq: yardım kampaniyası, yoxsa etibardan sui-istifadə? - ARAŞDIRMA
-
Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsindən istifadə edib
-
Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalamağa çox yaxındır - Hulusi Kılıç
-
Azərbaycanın keçdiyi inkişaf yolu bir çoxları üçün nümunədir - Sevil Mikayılova
-
YAP Xətai rayon təşkilatında partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib - FOTO
-
Normallaşmanın başlanğıc nöqtəsi
-
Ankara və Bakı Şərqi Qərblə birləşdirir
-
Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb
-
2026-cı ilədək Laçına 5 mindən çox sakin qayıdacaq
-
Azərbaycan СОР29 platformasından öz tarixindən bəhs etmək üçün istifadə edə bilər - Metyu Brayza
-
Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib