“İlk Konstitusiyasının qəbul edilməsi ölkəmizin tarixində yeni mərhələnin başlanğıcıdır”
Əmlak sığortasında artım: şüurlu seçim, yoxsa bank məcburiyyəti?
Təbiətin qorunmasında yeni dövr: şəffaf monitorinq, ictimai nəzarət və ölçülə bilən nəticələr
ABŞ-İsrail münasibətləri: ABŞ İsrailə hərbi yardımı dayandırır?
10 Dekabr 2019 14:58
2 646
BMT Baş Assambleyası Krımın Sevastopol şəhərinin, eləcə də Qara və Azov dənizlərinin hərbiləşdirilməsi problemi barədə qətnamə qəbul edib.
Qətnamədə Rusiyanın Krımdan və Donbasdan öz qoşunlarını geri çəkməsi tələb olunub. Qətnamədə həmçinin Rusiyanın “Berdyansk”, “Nikopol” və “Yanı Kapu” gəmilərinin bütün silahlarının və təchizatının Ukraynaya qaytarılması məsələsi də yer alıb.
Baş Assambleyada keçirilən səsvermədə qətnamənin lehinə 63, əleyhinə isə 19 ölkə səs verib. 66 ölkə səsvermədə bitərəf qalıb. Qətnamənin əleyhinə səs verənlər sırasında Ermənistan, Belarus, İran, Şimali Koreya, Venesuela, Rusiya, Suriya kimi ölkələr yer alıb.
Azərbaycan isə səsvermədə iştirakdan imtina edib.