“Xalqlarımız arasında əlaqələrin inkişafında Azərbaycan dili əvəzsiz rol oynayır” Siyasət

“Xalqlarımız arasında əlaqələrin inkişafında Azərbaycan dili əvəzsiz rol oynayır”

Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin mərkəzində ərəb dilində "Azərbaycan dilinin qrammatikası" kitabının təqdimatı olub.
Tədbirdə çıxış edən diaspor sədri tədqiqatçı-alim Seymur Nəsirov Azərbaycan dili ilə ərəb dili arasındakı əlaqələrdən və Azərbaycan dilində minlələrlə ərəb dillindən alınma sözlərin olduğunu qeyd edib.
S.Nəsirov Misirlə Azərbaycan arasında tarixi, mədəni, siyasi əlaqələrdən, Azərbaycandakı multikultural dəyərlərdən və tolerantlıq ənənələrindən söhbət açıb. Xalqlarımız arasında əlaqələrin inkişafında Azərbaycan dilinin tədrisi əvəzsiz rol oynadığını da qeyd edən diaspora sədri kitabın əhəmiyyətindən də söhbət açıb.
Sonra kitabın müəllifi misirli İsra Adil Mahmud təlif etdiyi "Azərbaycan dilinin qrammatikası" kitabı haqqında tədbir iştirakçılarına geniş məlumat verib. İsra xanım kitabın əsas iki hissədən ibarət olduğunu bidirib. Kitabın birinci hissəsində, Azərbaycan dilinin qrammatikasını ərəb dilinidə sadə şəkildə izah etdiyini vurğulayan müəllif, ikinci hissəsinin əsasən dialoq olmaqla yanaşı, Azərbaycanın böyük şəhərləri, dahi, görkəmli və tanımmış şəxsləri haqqında da yazdığını diqqətə çatdırıb. İ.Adil bu əsərin Misirdə, ərəb dilində, Azərbaycan dilinin qrammatıkasını izah edən ilk kitab olduğunu da deyib.
İ.Adil çıxışının sonunda ona Azərbaycan dilini öyrədən S.Nəsirov başda olmaqla müəllimlərinə və Azərbaycan diaspora mərkəzinin idarə heyətinə öz dərin minnətdarlığını bildirərək, gələcəkdə bu sahədə çalışmalarını davam etdirəcəyini bildirib.
Qeyd edək ki, İ.Adil Qahirə Universitetinin ədəbiyyat fakültəsində ilk Azərbaycan dilini dərsini alandan sonra iki ildir ki, Qahirədə diaspor mərkəzində Azərbaycan dilini öyrənir. Hazırda Misirin müxtəlif universitetlərində təhsil alan dünyanın 27 ölkəsindən olan 300-dən çox tələbə, Azərbaycan dili başda olmaqla müxtəlif fənnlər üzrə Qahirədəki Diaspor Mərkəzində ödənişsiz təhsil alırlar.
Tədbirin sonunda İ.Adil, Azərbaycan dilinin yayılmasında göstərdiyi səylərə görə diaspora tərəfindən mükafatlandırılıb.