“ABŞ dominant, Rusiya güclü”
26 Dekabr 21:04
26 Dekabr 21:04
26 Dekabr 20:22
26 Dekabr 19:20
26 Dekabr 19:03
24 Fevral 2020 12:55
2 324
"Məcburi köçkün qadınların ədalət çağırışı sülh və təhlükəsizlik məsələləri təkcə ölkəmiz üçün deyil, bütövlükdə bəşəriyyət üçün xüsusi aktuallığa, müstəsna əhəmiyyətə malikdir". Bunu Azərbaycanın İnsan haqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva bildirib.
Ombudsman müasir dövrdə sülh və təhlükəsizlik məsələləri, insan hüquqlarının dayanıqlı inkişafın səmərəli təminində əvəzolunmaz rola malik olduğunu qeyd edib: "Regional təşkilatlar, beynəlxalq qurumlar tərəfindən bu məsələlər daim diqqətdə saxlanılmalqdadır. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra BMT-nin tam hüquqlu üzvü olaraq, beynəlxalq aləmdə müstəqil etibarlı tərəfdaş kimi ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edib. Bununla da ölkəmizdə hər kəsin hüquq və azadlıqlarının təmin edilməsinə əsaslanan sülhsevər, dünyəvi dövlət quruculuğu özünün inkişaf yolunu elan edib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, insan hüquqlarının qorunmasına xidmət edən islahatlar ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilir. Həyata keçirilən kompleks tədbirlər əhalinin hər bir qrupunun, o cümlədən qaçqın və məcburi köçkünlərin hüquqlarının effektiv təmin edilməsinə xidmət edir".
26 Dekabr 22:15
1 071
26 Dekabr 19:14
1 169
26 Dekabr 18:34
1 106