“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
17 İyul 2020 15:15
1 407
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki son hadisələrlə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb.
Konqresdən AZƏRTAC-a bildiriblər ki, bəyanatda son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən qanlı təxribatlar və yüksək rütbəli hərbçilərimizin ölüm xəbərinin Ukraynanın ən böyük Azərbaycan diaspor təşkilatının hiddətinə səbəb olduğu vurğulanır.
İyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədində, Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti qanlı təxribat dünyanın müxtəlif ölkələrində olduğu kimi, Ukraynada da yaşayan soydaşlarımızın və ölkənin bütün region və şəhərlərindəki diaspor nümayəndələrinin ciddi narahatlığına səbəb olub, düşmənin növbəti məkrli siyasəti böyük hiddətlə qarşılanıb.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi işğalçı ölkənin növbəti qanlı həmləsini erməni şovinistlərinin son iki əsrdə ölkəmizə və xalqımıza qarşı həyata keçirdikləri işğalçılıq və terror siyasətinin davamı kimi qiymətləndirir, BMT, ATƏT və digər nüfuzlu beynəlxalq təşkilatlardan Ermənistanın azğınlaşmış təxribatlarına qarşı ciddi ölçü götürülməsinin vacibliyini bildirir.
“Qüdrətli Azərbaycan Ordusunun azğınlaşmış erməni təcavüzkarlarını geri oturtması, cəsur zabit və əsgərlərimizin işğalçını ciddi itkilərə məruz qoyaraq bu təxribatın qarşısını alması soydaşlarımızda sonsuz inam və qürur hissi yaradıb. Azğınlaşmış düşmənin növbəti təxribatını dəf edərkən yüksək çinli zabitlərimizin və əsgərlərimizin qəhrəmancasına şəhid olmasını, bir neçə hərbçimizin yaralanmasını ürəkağrısı ilə qarşılayır, torpaqlarımızın bütövlüyü naminə canlarını fəda edən şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirik”, - deyə bəyanatda qeyd edilir.
Konqres Ukraynada yaşayan yüz minlərlə soydaşımız adından bəyan edir ki, hər zaman olduğu kimi, bu ağır günlərdə də dövlətimizin, xalqımızın yanındadır, Azərbaycanın Ali Baş Komandanının istənilən çağırışına hazırdır.
2 Noyabr 18:46
1 176
2 Noyabr 11:24
1 351
1 Noyabr 17:13
1 771