“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
10 Sentyabr 2020 11:06
3 262
Bu gün Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti ilk rəsmi səfərini Türkiyəyə edəcək.
Milli Məclisdən verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, komitə sədri Ziyafət Əsgərov, deputatlardan Sevil Mikayılova, Fazil Mustafa, Elşən Musayev, Tural Gəncəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
Səfər zamanı nümayəndə heyətinin üzvləri Türkiyə Böyük Millət Məclisində parlamentin fəaliyyəti, qanun yaradıcılığı prosesi ilə yaxından tanış olacaq, Türkiyəli həmkarları ilə fikir mübadiləsi aparacaqlar.
S.Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşəcək. Görüşdə parlamentlərarası əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri, ikitərəfli əməkdaşlığımızın daha da genişləndirilməsi, hər iki ölkənin birgə həyata keçirdiyi qlobal layihələrin reallaşması, regional münaqişələrin həlli yolları parlament müstəvisində müzakirə ediləcək.
S.Qafarovanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.
Səfər müddətində Milli Məclisin sədrinin başçılıq etdiyi parlament nümayəndə heyəti Ankarada “Anıtkabiri” ziyarət edəcək, şəhərin tarixi yerləri ilə tanış olacaqlar.
Səfər sentyabrın 12-də başa çatacaq.
2 Noyabr 18:46
1 253
2 Noyabr 11:24
1 414
1 Noyabr 17:13
1 841