Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
İsa Qəmbərin qardaşı da Arif Hacılıya qarşı çıxdı…

İsa Qəmbərin qardaşı da Arif Hacılıya qarşı çıxdı… Siyasət

İsa Qəmbərin qardaşı da Arif Hacılıya qarşı çıxdı…

Rövşən Qəmbər: "Qurultayda çıxış etmək imkanı versəydilər, qurultay nümayəndələrini Qubad İbadoğluna səs verməyə çağıracaqdım"

Səxavət Əlisoy: "İsa Qəmbər vicdanına və şərəfinə and içsə ki, Hacılı seçkiləri halallıqla udub, siyasətdən biryolluq çəkiləcəyimi bəyan edəcəm"

Vurğun Əyyub: "Mən İsa Qəmbərin dedikləri ilə addım atmıram, yol göstərənə ehtiyacım yoxdur"

Müsavat Partiyasındakı intriqalar pik həddə çatıb. Partiya funksionerləri, başqanlığa keçmiş namizədlər bir-birilərinə qarşı ittihamlar irəli sürməklə Müsavat partiyasını iflic duruma salıblar. Bu dəfə də Səxavət Əlisoy İsa Qəmbərin xələfi Arif Hacılını müdafiə etməsini birmənalı qarşılamayıb, onu sərt şəkildə ittiham edib. Səxavət Əlisoy şəxsi "facebook" hesabında yazıb ki, Arif Hacılı şəffaf yolla sədr seçildiyini sübut etməlidir. O, İsa Qəmbərə bir sual və bir vəd də verib:
"İsa bəy, Hacılıya Müsavat cameəsinin münasibətinin necəliyini çox gözəl bildiyiniz halda, nədən, siyasi reytinqinizi zərbə altına qoyaraq, onu müdafiə etdiniz?
Vicdanınıza və şərəfinizə and içərək desəniz ki, Hacılı seçkiləri halallıqla udub, cümlə Azərbaycan xalqının qarşısında şəxsinizdən üzr istəyərək, siyasətdən biryolluq çəkiləcəyimi bəyan edəcəm".
Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlu da İsa Qəmbəri ittiham edib. Onun fikrincə, Müsavat Partiyasının ümumrespublika müşavirəsi həm də onu göstərdi ki, İsa Qəmbər çoxdan tərəfə çevrilib və hazırda Müsavat Partiyasında onun iradəsindən kənarda heç nə baş vermir. Qubad İbadoğlu Müsavatın sabiq başqanı İsa Qəmbərin müşavirədəki çıxışını şərh edərək, onun qurultaydan əvvəl tutduğu mövqeni davam etdirdiyini bildirib. O, keçirilmiş müşavirəni problemin yoluna qoyulması üçün əldən buraxılmış şans kimi dəyərləndirib: "Çünki bizim tərəfimizdən barışıq üçün təkliflər paketinin təqdimatına və bu yöndə olan çağırışlara xüsusilə də İsa Qəmbər tərəfindən pozitiv yanaşma nümayiş etdirilmədi. Bu, xeyli müsavatçının gözləntilərini doğrultmadı, hətta onların bəzilərində xəyal qırıqlığı yaratdı. Müşavirə həm də onu göstərdi ki, indiki keçid dövründə partiya idarəçiliyində istifadə olunan metodlar hazırkı dövrün tələblərinə adekvat deyil. Partiya idarəçiliyində ən vacib vəzifə mövcud struktura etimadın formalaşdırılması olsa da, bu istiqamətdə heç bir addım atılmır və bu da üzvlər arası münasibətlərdə gərginliyi artırır".
Bu arada isə İsa Qəmbərin Almaniyada yaşayan qardaşı da intriqalara qoşulub. Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin qardaşı, Almaniyada yaşayan Rövşən Qəmbər partiyanın hazırkı başqanı Arif Hacılıya müraciət edib.
O, sosial şəbəkədə yaydığı müraciətində partiyadan çıxarıldığını, lakin bu barədə ona məlumat verilmədiyini qeyd edib. Rövşən Qəmbər partiyadan hansı səbəbdən çıxarılmasına indiyə kimi aydınlıq gətirilmədiyini də bildirib: "Müsavat Partiyasının qurultayında on dəqiqəlik çıxışıma imkan yaradılmadı və hətta partiyadan çıxarıldığım mesajla yazıldı. Təəssüf ki, nə zaman və hansı legitim qərara əsasən partiyadan çıxarılmağım haqda yazdığım məktublara cavab verilməyib. Bir daha bilmək istəyirəm, nə zaman siz və mən Skayp və ya WhatsApp ilə danışaraq mənim Müsavat Partiyasının üzvü olmağımla bağlı vəziyyətin aydınlaşmasına aid, partiyanın bölünməməsi istiqamətində ədalətsevər müsavatçıların legitim işbirliyinə aid suallarıma cavab ala bilərəm?"
Rövşən Qəmbər "Əgər öz əlimlə yazdığım ərizəyə sizə çatdırıldığı 09.09.2014-ci il tarixində cavab verilsəydi, partiyaya üzvülüyüm bərpa edilər və başqanlığa namizəd olardım",- deyə vurğulayıb. O bildirib ki, Müsavat partiyasının bir neçə saatlıq qurultayında ona on dəqiqəlik çıxış etmək imkanı versəydilər, qurultay nümayəndələrini Qubad İbadoğluna səs verməyə çağıracaqmış: "Qurultayda, Müsavat partiyasının daha xeyirli fəaliyyət göstərməsinə aid təkliflərimi qurultay nümayəndələrinə bildirmək istəyirdim və sonra namizədliyimi geri çəkərək, mənə inananların Qubad bəyə səs vermələrini istəyəcəkdim. Müsavat partiyasının rəhbərliyi, 2011-ci ildə partiyanın yüzilliyi münasibətilə fəxri fərmanla təltif olunmağıma baxmayaraq, mənim 2009-cu ildə partiyadan çıxarıldığımı bildirdiniz. Kimlərinsə mənim fikirlərimi eşitməkdənsə, partiyadan kənarlaşdırılmağımı izah etməyə çalışması məni məyus etdi. Təəssüf ki, nə zaman və hansı legitim qərara əsasən partiyadan çıxarılmağım haqda yazdığım məktublara cavab verilmədi".
Müsavata başqanının müavini Gülağa Aslanlı isə deyib ki, Rövşən Qəmbərin qurultaydan əvvəl də belə bir müraciəti olub: "Bu məsələ qurultaydan əvvəl Divanda müzakirə olunub və ona 2009-cu ildə partiyadan öz ərizəsi ilə çıxarılması haqqında məlumat verilib".
Müsavat Partiyasının üzvü Vurğun Əyyub İsa Qəmbərin Müsavatın müşavirəsində səsləndirdiyi fikirlərə münasibət bildirərkən "Mən İsa Qəmbərin dedikləri ilə addım atmıram. Yol göstərənə ehtiyacım yoxdur",- deyə bildirib. V.Əyyub vurğulayıb ki, Müsavat heç kimin şəxsi mülkü deyil: "Müsavat heç kimin şəxsi mülkü deyil. Biz fikrimizdə qalırıq və partiyadaxili demokratiyaya nail olmaq üçün fəaliyyətimizi davam etdirəcəyik".
Qeyd edək ki, noyabrın 23-ü Müsavat Partiyasının qərargahında baş tutan ümumrespublika müşavirəsində partiyanın keçmiş başqanı İsa Qəmbər çıxış edib və bildirib ki, o, Müsavat Partiyasının seçdiyi başqan Arif Hacılı ilə bir yerdədir: "Kim bu yolda olmaq istəyirsə, gəlsin, mübarizəmizi davam etdirək. Kimsə özünə başqa lider axtarırsa, buyursun, öz yolunu getsin".

Əli