Hüquq müdafiəçisi Avropa Parlamentindəki dinləmələri qınadı... Siyasət

Hüquq müdafiəçisi Avropa Parlamentindəki dinləmələri qınadı...

Çingiz Qənizadə: "Azərbaycanla təzyiq dili ilə danışa bilməz və təzyiqlə də heç nəyə nail olunmayacaq"

"Bəzi beynəlxalq təşkilatlar Azərbaycanın uğurlarını gözdən salma və buna mane olmaq üçün ölkəmizə qarşı qaralama kampaniyasını davam etdirirlər". Bunu Moderator.az-a açıqlamasında millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə deyib.
Onun sözlərinə görə, bu cür mötəbər təşkilatlar Azərbaycana qarşı ikili mövqeyindən əl çəkmirlər: "Haradasa bir qaraltı görən kimi bunu xəstəlik kimi qeyd etməyə çalışırlar və əsassız ittihamlarla Azərbaycana təzyiqlərini davam etdirirlər. Belə hallar bu gün gözlənilədir. Hələ bu ilin yanvarından başalayaraq Amerikada, Avropanın bir çox şəhərlərində müxtəlif tədbirlər, dinləmələr keçirib Azərbaycana qarşı əsası olmayan ittihamlar irəli sürdülər. Belə bir növbəti toplantının iyunun 10-da Avropa Parlamentində keçirilməsi gözlənilir. Bunların hamısı Azərbaycana basqıdır. Bu təşkilatların Azərbaycanda ayrı - ayrı adamların həbsinin səbəblərini araşdırmadan, onların əməlində cinayət tərkibinin olub - olmadığını bilmədən, qeyd şərtsiz bu adamların azad olunmasını tələb etməsi ölkəmizin daxili işlərinə qarışması və hüquq-mühafizə orqanlarının işinə isə müdaxilə hesab edirəm."
Ç. Qənizadə əlavə etdi ki, əgər bu təşkilatlar öz müraciətlərində həqiqətən də adı çəkilən şəxslərin əməlində cinayət tərkibinin olmasını və hansısa xidmətlərə görə bağışlanmasını xahiş etsəydilər, o zaman məsələ müzakirə predmeti ola bilərdi:
"Ancaq təzyiq vasitələrindən istifadə etməklə nəyəsə nail olmaq mümkün deyil. Bununla bağlı ölkə başçısının da konkret mövqeyi var. O deyib ki, heç kim Azərbaycanla təzyiq dili ilə danışa bilməz və təzyiqlə də heç nəyə nail olunmayacaq. Ona görə də təəssüf hissi ilə qeyd edirəm ki, bu gün bəzi beynəlxalq təşkilatlar hələ də öz ampluasındadır və onlar Azərbaycana qarşı yersiz təzyiqlərini davam etdirirlər. Çünki onlar Azərbaycanın uğurlarını görür və buna sevinmək istəmirlər, əksinə, bu uğurlara mane olmaq üçün fəaliyət göstərirlər. Bu baxmdan bu beynəlxalq təşkilatlrın Azərbayacana qarşı sərgilıdiyi qərəzli, qeyri - obyektiv və ədalətli olmayan mövqelərini qətiyyətlə pisləyirəm."