XIX əsrin əvvəllərində Qarabağ xanlığı uğrunda rus-Qacar rəqabəti Layihə

XIX əsrin əvvəllərində Qarabağ xanlığı uğrunda rus-Qacar rəqabəti

General Sisianovun Bakı yaxınlığında öldürülməsi İranda şah sarayında Cənubi Qafqazda itirdiyi mövqeləri qaytarmaq ümidini artırdı...

3-cü yazı

Tarix üzrə elmlər doktoru, professor Tofiq Mustafazadə yazır ki, müqavilənin beşinci maddəsinə görə, çar Qafqazdakı rus qoşunlarının komandanı və Gürcüstan baş idarəsinin adından İbrahimxəlil xanın və onun varislərinin Qarabağ xanlığında hakimiyyətini həmişəlik saxlamağı, xanın daxili idarəçilikdə müstəqilliyinə toxunmamağı vəd edirdi. Xanı, onun ailəsini, mülklərini "qorumaq üçün" Şuşada 500 nəfərlik rus hərbi dəstəsi yerləşdirilməli idi. Böyük təhlükə yaranardısa baş komandan əlavə qüvvələr göndərməli idi. Altıncı maddədə deyilirdi ki, Şuşada yerləşdirilən dəstənin bütün xərcləri xanın üstünə düşür.
Səkkizinci maddədə Qarabağ xanının Rusiya xəzinəsinə ödəyəcəyi xəracın miqdarı və ödəmə qaydası müəyyənləşdirilirdi. 8000 əşrəfi (çervon) məbləğində xəracın yarısı fevralın 1-də, digər yarısı isə sentyabrın 1-də ödənilməli idi. Həmin maddədə həm də qeyd edilirdi ki, İbrahimxəlilxəlil xan özünün ikinci oğlu Məhəmmədhəsən ağanın böyük oğlu Şükrullahı girov sifətilə Tiflisə göndərir.
Qafqazdakı rus qoşunlarının baş komandanı generel Sisianov Kürəkçay müqavilələrinin imzalanmasından çox məmnun qaldı. O, 22 may 1805-ci il tarixli raportunda Şuşa qalasının açarlarını və Kürəkçay müqavilələrinin mətnlərinin Peterburqa göndərdiyini yazaraq "Rusiya imperiyasının genişlənməsi" münasibətilə imperatoru təbrik etdi. Qarabağın Rusiya himayəsinə qəbul edilməsinin faydasından bəhs edərək Sisianov yazırdı ki, Qarabağ öz mövqeyinə görə Azərbaycanın və deməli İranın qapısı sayıla bilər və demək onları vahimə içində saxlayacaq; Qarabağ vasitəsilə payızda Gürcüstanı işğal olunması nəzərdə tutulan Bakı ilə yaxınlaşdıracaq.
Baş komandan İbrahimxəlill xana general-leytenant rütbəsi verib ona müvafiq məvacib təyin olunması və daş-qaşla bəzənmiş qılıncla təltif olunmasını, xanın böyük oğlu və varisi Məhəmmədhəsən ağaya general-mayor rütbəsi verib, müvafiq məvacib təyin olunmasını və almazlarla bəzədilmiş, üstündə "sədaqətinə görə" yazısı olan medalla təltif olunmasını, xanın ortancıl oğlu Mehdiqulu ağaya müvafiq məvaciblə general-mayor rütbəsinin verilməsini, kiçik oğul Xanlar ağaya müvafiq məvaciblə polkovnik rütbəsinin verilməsinin təklif edirdi.
Sisianovun təklifini nəzərdən keçirən çar 6 iyul 1805-ci il tarixli buyruğu ilə Qarabağ və Şəki xanlarının, onların oğlanlarının rütbələrlə və müvafiq məvaciblərlə təltif olunması haqqında fərman imzalandığını bildirirdi. I Aleksandrın 8 iyul 1805-ci il tarixli fərmanında deyilirdi ki, imperatorun lütfü ilə İbrahimxəlilxəlil xan general-leytenant rütbəsi ilə təltif olunur və ona müvafiq məvacib təyin olunur. İbrahimxəlilxəlil xanın Rusiyanın hakimiyyətini qəbul etməsi şah sarayının kəskin qəzəbinə səbəb oldu. Kürəkçay müqaviləsi imzalandıqdan az sonra, daha doğrusu 1805-ci il iyun ayının ortalarında qacarların bir hərbi birləşməsi Xudafərin körpüsündən Araz çayını keçərək Qarabağ ərazisinə soxuldu. Artıq iyun ayının 11-də Pirqulu xan Qacarın başçılıq etdiyi 10 min nəfərlik İran ordusunun ilk dəstələri tərkibində Qarabağ süvariləri də olan rus qoşunu ilə döyüşə girdi. Mirzə Camal Qarabaği bu döyüş üzərində daha ətraflı dayanaraq yazırdı: "Arazın suyu qalxmışdı. Çayı körpüdən başqa heç yerdən keçmək olmazdı. Buna görə Məhəmmədhəsən ağa qızılbaş qoşununun Qarabağ torpağına girə bilməməsi və vilayətdəki ellərin, kəndlərin əkin yerlərinin tələf olmaması üçün yeger dəstəsini və mayoru (Şuşadakı rus qarnizonunun komandiri mayor Lisaneviç nəzərdə tutulur - T.M.) götürüb Qarabağın adlı-sanlı atlıları ilə birlikdə körpüyə tərəf getdi. Lakin qızılbaş qoşunu onları qabaqlayıb körpüdən keçmiş və Qarabağ torpağına girmişdi. Qızılbaşlar Cəbrayıl bağları yaxınlığında rus və Qarabağ əsgərlərinə rast gəldilər. Bərk vuruşma oldu. Gecə mərhum Məhəmmədhəsən ağa Şuşa qalasının mühafizəsini məsləhət bilib, qoşunla qalaya qayıtdı". Bu döyüşdə qalib gələn İran ordusu Qarabağda böyük dağıntılar törətdi. Beləliklə, rus hökuməti elə ilk vaxtdan Qarabağ xanlığını müdafiə etmək haqqında öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədi.
Miir Mehdi Xəzaninin yazdığına görə, İbrabimxəlil xan və Məhəmmədhəsən ağa Şuşadakı bir çox bəylərdən arxayın deyildilər, onların Əbülfət ağanın tərəfinə keçəcəyindən və qalanı təslim edəcəklərindən ehtiyat edirdilər. Məhz buna görə də onlar qalaya qayıdıb oranın mühafizəsini daha vacib bilmişdilər. Əvvəlcə onların öz qüvvələri və mayor Lisaneviçin başçılıq etdiyi rus taboru qalanın önündə düşərgə qurdular. Qarabağ kəndlərinin sakinlərinin çoxu da dağlara çəkildilər. Elatlar yaylaqlara qalxdılar. Abbas Mirzə ordusu ilə Çanaxçı kəndinə yetişib orada ordu qurdu. Onun sərkərdəsi Əliqulu xan beş minlik qüvvə ilə Əsgəran qalalarına yanaşdı. Əbülfət ağa onun tərəfinə keçmiş bir sıra Qarabağ bəyləri ilə Qacar qoşunları ilə birlikdə idi. Tarixçinin yazdığına görə, xristian kəndlərinin "məcmu malikləri və koxaları təmamən Əbülfət xanın yanına gedib xələt və xatircəmlik hasil elədilər".
Lisaneviç və İbrahimxəlil xan Qarabağda vəziyyətin çox ağır olduğunu general Sisianova bildirdilər. Sisianov polkovnik Karyagini yeger alayı və toplarla, habelə polkovnik-leytenant Kotlyarevskini Qarabağa göndərdi. Onlar Şahbulağına çatdıqları gün Əliqulu xan Əsgəran səmtindən, Abbas Mirzə isə Çanaxçı kəndindən Şuşa üzərinə hücuma keçmişdilər. Karyagin dərhal Əsgəran tərəfə həmlə etdi. Abbas Mirzə də ordusunu Əsgəran qalalarına tərəf yeritdi.
M.Xəzani yazır: "Polkovnik qoşunu ilə dava edə-edə Qarağacı mənzilinədək ki, əzim qəbristan idi, gəldilər. Orada yolun içi qəhrlərin hasarları idi. Təng və çətin yerlər idi ki, ərradə [atlılar - T.M.] keçib gedə bilməzdi. Xüsusən ki, Əsgəran qalalarını qızılbaş qoşunu tutub və möhkəmləndirmişdilər. Qaladan davğa kimi hər iki tərəfini möhkəm səngər qayırmışdılar ki, keçmək mümkün deyildi. Əlacsız qalıb, geri Şahbulağa tərəf qayıtmağı dəxi ar və namus bildi. Qəbristaınn kənarında iki kiçik balaca hasar var idi. Ərradələri oraya sürüb yerbəyer düşdülər. Yə ətraflarını səngər elədilər. Şul yerdə ki, batalyon səngər eləmişdi, ətrafı tamam səhra və düz yer idi. Qarqar çayı ilə onların arası bir verst olurdu". Qızılbaş qoşunu rus hərbi dəstəsini mühasirəyə alıb, su ilə aralarında istehkam düzəltdilər. On bir gün mühasirə davam etdi. Karyagin və Kotlyarevski yaralandılar. Rus hərbi dəstəsi heyətinin yarıdan çoxu həlak olmuş, üç yüzə yaxın döyüşçü qalmışdı ki, onlarm əksəri yaralı və susuz idi. Rus ta¬borunda yüzbaşı sifətiylə xidmət edən Qarabağ xristianı məlik Vanya bə-lədçilik edib rusları gecə ikən Şahbulağına apardı. Səhəri günü Abbas Mirzə Şahbulağı qalasına hücum etdi, lakin oram ala bilməyib mühasirə etdi. Üç gündən sonra yenə Vanyanın bələdçiliyi ilə ruslar gecə ikən Şah¬bulağı qalasından çıxdılar. Xəlvəti yolla iki gündən sonra Cermuq dərəsindən olan qalaya yetişdilər. Rus döyüşçüləri üç-dörd gün burada qalıb dincəldilər və yerli sakinlər onları azuqə ilə təmin etdilər. Bundan sonra Murovdağın gizli yollarından keçərək Vanyanın bələdçiliyi ilə Gəncəyə yetişdilər.
Fətəli şah özü yeni qüvvələrlə Qarabağa gəldi və Tərtər çayına ye¬tişdi. Lakin burada rusların dəniz yolu ilə Rəştə hücum etdiklərini eşit¬di. Həm bu səbəbə görə, həm də Sisianovun özünün böyük qüvvələrlə Qarabağa hərəkət etdiyini bilib Ərbədilə qayıtdı. Abbas Mirzə Gürcü¬stan tərəfə hərəkət edib Axısqa çayına çatdı. Oradan isə İrəvana sarı döndü. Mayor Lisaneviç Şuşadakı taborla və Mehdiqulu ağa ilə hərəkət edib Zəngəzur və Qapanı yenidən tutdular. Sisianov Xonasenə kimi gə¬lib, burada Fətəli şahın geri döndüyünü eşidib geri qayıtdı. Məhəm-mədhəsən ağa onu Şuşaya apardı. Şuşada onun şərəfinə ziyafətlər təşkil olundu. Sisianov Əbülfət ağaya meyl etdikləri üçün Mirzəli bəyi, Feyzi bəyi həbs etdirdi, ailələri ilə bərabər Tiflisə köçürülmələrini əmr etdi. Ancaq İbrahimxəlilxəlil xanın xahişi ilə onlar azad olundular, əvəzinə hərəsinin bir oğlu girov kimi Gəncə şəhərinə aparıldı. Bir müddət əvvəl Fətəli şahın elçi kimi İbrahimxəlilxəlil xanın yaınna göndərdiyi və Şu¬şada saxlanan üç xanı özü ilə götürən Sisianov Tiflisə getdi.
Əldə edilən bu qələbədən ruhlanan şah ordusu Qarabağ və Gəncədən keçərək Gürcüstan üzərinə hücum etməyə cəhd göstərdi, lakin, xeyli itkilər verərək İrəvan qalasma çəkilməyə məcbur oldu. 1805-ci ilin sonlarına qədər rus ordusu artıq Azərbaycanın Car-Balakən camaatlarını, Gəncə, Qarabağ, Şəki və Şamaxı xanlıqlarını ələ keçirərək öz mövqelərini xeyli möhkəmləndirə bilmişdi. İndi qarşıda duran əsas vəzifə çox mühüm strateji və iqtisadi əhəmiyyəti olan Bakı xanlığının ələ keçirilməsi idi. Lakin 1806-cı il fevralın 8-də general Sisianovun Bakının qala divarı yaxınlığında öldürülməsi bu vəzifənin həyata keçirilməsini bir qədər ləngitdi.
1805-1806-cı ilin qışında İbrahimxəlil xanın ikinci, vəliəhd oğlu qatı Rusiya tərəfdarı olan Məhəmmədhəsən xaınn Şuşada vəfat etməsi də Rusiyanın Azərbaycandakı mövqelərinin zəifləməsinə müəyyən qədər təsir göstərmişdi. Mir Mehdi Xəzaninin yazdığma görə, İbrahimxolilxəlil xan 1220-ci hicri ili zilhiccə ayının 4-də [miladi 1806-cı il fevralın 24-ü] Mehdiqulu ağaınn özünün varisi təyin olunması barədə sənəd imzalayıb.
General Sisianovun Bakı yaxınlığında öldürülməsi şah sarayında Cənubi Qafqazda itirdiyi mövqeləri qaytarmaq ümidini artırdı. 1806-cı ilin yazında Abbas Mirzənin komandanlığı ilə 20 minlik qoşun yenidən Qarabağa soxuldu. Abbas Mirzə bu dəfə də əsas diqqəti Şuşanın alınmasına yönəltmişdi. Şuşadakı rus qarnizonu çox kiçik idi. Vəziyyətin çox mürəkkəb olduğunu görən İbrahimxəlilxəlil xan bu qarnizona kömək üçün min nəfərlik süvari dəstəsi ayırmağa məcbur oldu. Lakin Qarabağ xanının ayırdığı bu əlavə qüvvələr də vəziyyəti düzəltmək üçün kifayət deyildi.

Elçin Qaliboğlu