İranda zəlzələ olub Güney Azərbaycan

İranda zəlzələ olub

İranda zəlzələ baş verib.
APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Kirman vilayətinin Bəm şəhərinə təsadüf edib. 4,1 bal gücündə olan zəlzələ iyunun 18-də Bakı vaxtı ilə səhər saat 05:29-da yerin 10 km dərinliyində meydana gəlib.
Təbii fəlakət Bəmdən 1 km, Baravatdan 7 km və Narmaşirdən 37 km uzaqlıqda baş verib. İnsan itkisi və tələfat yoxdur.