Mədəni fəal, qadın haqları müdafiəçisi Təhminə Müfidi həbs olunub Güney Azərbaycan

Mədəni fəal, qadın haqları müdafiəçisi Təhminə Müfidi həbs olunub

Qadın hüquqları müdafiəçisi və mədəni fəal Təhminə Müfidi 20 gün bundan öncə həbs olunub. Ancaq yaxınları təhlükəsizlik orqanlarının qorxusundan həbs barədə xəbəri ictimailəşdirə bilməyiblər.

Mədəni fəalın həbsi barədə xəbər verən bilgili mənbə, onun 2 yanvar tarixində Tehranda şəxsi mənzilində “İran İslam İnqilabı keşikçiləri Korpusu”nun təhlükəsizlik və kəşfiyyat bölməsi tərəfindən saxlanıldığını bildirib.

Mədəni fəalın saxlanıldıqdan sonra “Evin” həbsxanasının A2 bəndinə yerləşdirildiyi deyilir. Təhminə Müfidi haqqında hələ rəsmi ittiham irəli sürülməyib və dindirilmə prosesi davam edir.

Təhminə Müfidi mətbuat sahəsində “Şəhrvənd” və “Aftab-i Yəzd” qəzetləri ilə əməkdaşlıq edib.