“Qarabağ” pley-offun rekordçuları sırasında İdman

“Qarabağ” pley-offun rekordçuları sırasında

Bu gün götürəcək Avropa Liqasının pley-off mərhələsinin rekordçuları açıqlanıb. 2009/10 mövsümündən indiki formatda keçirilən yarışda 7-ci dəfə pley-off oynanılacaq.
Bu raundda ən çox iştirak edən klub Yunanıstan təmsilçisi PAOK-du. Ellada təmsilçisi 6-cı dəfədi ki, pley-offa qatılır.
Cari mövsümədək PAOK-a şərik olan "Brügge" (Belçika), "Dnepr", "Mrtallist" (hər ikisi Ukrayna), "Partizan" (Serbiya), PSV (Hollandiya), "Rapid" (Avstriya )və "Trabzonspor" (Türkiyə) hərəyə 5 dəfə pley-offa qatılıb. Daha 5 komanda isə onlara cari mövsümdə çatır.
Bunlardan biri "Qarabağ"dı. 2009/10, 2010/11 və 2013/14 mövsümlərində pley-offa yüksələn, 2014/15 və 2015/16 mövsümlərində Çempionlar Liqasında uduzduğu üçün bu raundda oynayacaq Ağdam təmsilçisi 5-ci dəfə qrupun bir addımlığındadı. HİK (Finlandiya), "Alkmaar" (Hollandiya), "Styaua" (Rumıniya) və "Sparta" (Çexiya) da "Qarabağ" kimi 5-ci cəhdini gerçəkləşdirəcək.