Rusiya – ABŞ münasibətləri insanları çıxılmaz vəziyyətə salır Dünya

Rusiya – ABŞ münasibətləri insanları çıxılmaz vəziyyətə salır

Hələlik qarşıdurma əməkdaşlıq üzərində qələbə qazanır...


Cavid

Dünyadakı vəziyyət çətin və dəyişkəndir. Ukrayna krizisi, Yaxın Şərqdəki qalmaqallar, və Iranın nüvə proqramı ilə bağlı problemlər əsas səbələrdən hesab olunur. Rusiya və ABŞ arasındakı münasibətlər də qeyri-stabilliyi ilə seçilir. Ümumiyyətlə rəsmi Moskva və Vaşinqton arasındakı müansibətlər daima hamını təəcübləndirib: Axı bu necə mümkün ola bilər?
Ekspert Lyanxe Çzaobao (Sinqapur) "İnosmi"də yazır ki, Rusiya və ABŞ-dan söz düşən kimi insanları bir sual maraqlandırır: Konfliktin səbəbi nədir? Əslində tərəflər uzun müddətdir ki, strateji tərəfdaşlıq etməyə hazırlaşırdılar. Bu Rusiyanın inkişafı ilə bağlıdır. Belə olan halda ABŞ-la mübahisə etməkdənsə əməkdaşlıq daha çox tələb olunur. Eyni zamanda dünyada böyük bir yer tutan, nüvə silahı ilə seçilən və güclü xarici siyasəti olan bir ölkə ilə ABŞ-ın münasibətlərinin pis olması rəsmi Vaşinqtona sərf etmir.
2001-ci ildə Putin ABŞ-a səfər etmişdi. Cavab olaraq 2002-ci ildə Corc Buş Rusiyaya getdi. Tərəflər birgə iki razılıq əldə etdilər: Birincisi "yeni əməkdaşlıq" digəri isə "Stretaeji tərəfdaşlıq"la bağlı idi. Deklarasiyada eyni zamanda bildirimişdi ki, tərəflər soyuq müharibə dövrünü arxada qoyublar və artıq düşmən hesab olunmurlar. ABŞ və Rusiya rəqabət aparmaqdan yayınaraq, münasibətlərdə yeni dövr elan etdilər.
Gözlənilənlərin əksinə olaraq "Stretaeji tərəfdaşlıq"la bağlı razılıq kağız üzərində qaldı. Gəlin səbələri aydınlaşdıraq. Əvvəla ölkələr arasında hərbi tərəfdaşlıqla bağlı intensiv iş qurmaq mexanizmi yoxdur. Misal üçün ABŞ və NATO arasında olduğu kimi. Eyni zamanda tərəflərarası iqtisadi əməkdaşlıq üçün baza da yoxdur. Misal üçün, rəsmi Moskva və Pekin arasında olduğu kimi. Üçüncüsü, Ağ ev və Kremlin terrorizmlə bağlı baxışları müxtəlifdir. Onunla mübarizə ilə bağlı iş prinsipi də fərqlidir. Bundan başqa, tərəflərin İran və Şimali Koreyadakı nüvə proqramları ilə bağlı düşüncələri də üst-üstə düşmür.
Eyni zamanda ABŞ-da Putinin siyasəti və sözləri də dəstəklənmir. Böyük təəccüb və qorxu ilə qarşılanır. Putin öz məqalələrindən birində açıq şəkildə ABŞ və Avropanın yolu ilə getməyəcəyini bəyan edib: "Bizə 20 il verin və biz sizə qüdrətli "Derjava"nı nümaiş etdirək". Məqalədə eyni zamanda SSRİ-inin dağılması haqda da fikir yer alıb: "Bu geosiyasi dramma idi. SSRİ-nin dağılmasına təsüflənməyənin ürəyi yoxdur, yenidən yaranmasını istəyənin isə ağlı".
Bundan başqa Putin Avroasiya İqtisadi Əməkdaşlıq Təşkilatının ideyasını verməsi ilə də seçilir. ABŞ belə hesab edir ki, Putinin əsas məqsədi SSRİ-ni bərpa etməkdir. Rəsmi Vaşinqton, Rusiyaya qarşı bütün təzyiqlərində bu ifadədən istifadə edir. ABŞ və Qərbin bir sıra dövlətləri Putini devirməyə çalışsalar da buna nail ola bilmirlər, əvəzində onun nüfuzu günü-gündən artır. Putin Rusiyaya məxsus fikir və dəyərlərə üstünlük verir. Burda vətənpərvərlik və qüdrətli dövlətin bir hissəsi olmağa böyük dəyər verilir. Onun fikrincə, ölkəni iqtisadiyyat və əxlaq hesabına saxlamaq və sözü gedən meyarlarla inkişaf etdirmək lazımdır. Məhz bu onun siyasətinin əsas güvənc yeridir.
Ağırlığını qorumaq üçün Rusiyaya birlik lazımdır. İqtisadi stabillik də bundan asılıdır. Kreml hesab edir ki, Ağ evin siysəti onların düşüncələrinə ziddir. Soyuq müharibə başa çatdıqdan sonra tərəflər arasındakı münasibətlər heç cür normallaşa bilmir. ABŞ-ın əsas məqsədi NATO və Aİ-nın əhatə dairəsini genişləndirməkdir. Bununla ABŞ Rusiyanın imkanlarını məhdudlaşdırmaq məqsədi güdür. Avroasiya İqtisadi Əməkdaşlıq Təşkilatına qarşı olmaq da ABŞ tərəfindən eyni məqsədlə müşahidə olunur.
Rusiya Avroasiya "derjava"sıdır. ABŞ-ın strateji maraqları isə təkcə Asiyada deyil, Avropada da var. Rusiya daim diqqətli olmadan canını qurtara bilməyib. Rusiyada tez-tez Avropa istiqamətli şüarlar səslənsə də, bu ölkə Asiyanı da diqqətdən kənarda saxlamır. Rəsmi Moskva, Hindistan və Çinlə münasibətlərinə böyük önəm verir. Eyni zamanda region ölkələri ilə iqtisadi və starteji əməkdaşlığını davam etdirir. Bu səbədən də ABŞ bu əraziləri də diqqətdə saxlamaq məcburiyyətində qalır.
Bir mütəxəssis kimi bildirmək istərdim ki, bu ölkələr arasındakı münaqişə hər birimizi narahat etməlidir. Rusiya və ABŞ-ın radikal islam və nüvə proqramlarına qarşı birgə fəaliyyəti ümumbəşəri nöqteyi nəzərdən böyük uğurla nəticələnə bilər. Rusiya ilə ABŞ əməkdaşlıq etməyə borcludurlar.
Tərəflər mümkün münasibətlər zamanı ancaq şəxsi marqlarını güdürlər. Bəzən fikirlər uyğun gəlir, bəzən isə ciddi narazılıq yaranır. Kimin haqlı olması isə baş verən hadisələrdən asılı olur. Lakin tərəflər daha çox tərəfdaşlıq anlaşmasının maraqlarına uyğun davranmalıdırlar. Belə olan halda şəxsi maraqlar arxa plana keçir. Hazırda isə milli maraqlar rəsmi Moskva və rəsmi Vaşinqton arasındakı münasibətlərdə əsas rol oynayır. Bu səbədən də qarşıdurma əməkdaşlıq üzərində qələbə qazanır.
ABŞ və Rusiya arasındakı münaqişə hər iki tərəfi Çinlə sıx əməkdaşlıq etməyə təhrik edib. Bu rəsmi Pekinə sərf edir. Lakin Çin tərəfi digərlərinin düşdüyü vəziyyətdən faydalanmaqdan uzaqdır. Çin başa düşür ki, ABŞ və Rusiyanın normal əməkdaşlıq aparması rəsmi Pekinlə yanaşı, bütün dünya üçün sərf edən bir vəziyyətdir və belə olan halda vasitəçi funksiyasını məmnunluqla yerinə yetirir. Putinin - bizə 20 il verin - ifadəsindən artıq 10 ilə yaxın vaxt keçsə də vəziyyət çox acınacaqlıdır. Rusiya da ABŞ-la qarşıdurmasının uzanmasında maraqlı deyl.
Obamanın prezidentlik dövrü başa çatır. Çətin ki, o da Rusya ilə müansibətlərini bu vəziyyətdə qoyub getsin. Obama simasını itirməmək şərti ilə, bu vəziyyətdən çıxış yolu axtarır. Görünür Rusiya - ABŞ münasibətlərində hələ də çıxış yoluna ümid var. Misal üçün qeyd etmək istərdik ki, iyulun 10-u ABŞ-ın dövlət katibi Con Kerri gözlənilmədən bildirib ki, Rusiya ABŞ-ın milli təhlükəsizliyinə təhlükə yaratmır. Gəlin bunu müsbət ismarıc kimi dəyərləndirək.