Rusiyanın təbliğat maşını ABŞ-ı tədricən ələ keçirir Dünya

Rusiyanın təbliğat maşını ABŞ-ı tədricən ələ keçirir

Rusiya "düşünülmüş media hücumuna" keçib, ABŞ isə "bu hücuma effektiv şəkildə cavab vermir"

Cavid

"Rusiyanın beynəlxalq təbliğat aparatının yanidənqurması və intensivləşdirilməsi" Birləşmiş Ştatları xarici auditoriyaya xəbər yayımlayan "Amerikanın səsi" və "Azadlıq radiosu" kimi dövlət KİV-in sistemində islahatlar keçirmək barəsində düşünməyə vadar edib. "The Washington Times" qəzetinin müxbiri Qay Teylor bildirir ki, irəli sürülən təşəbbüsün müəlliflərindən biri bu sahənin tənzimlənmə prosesini Reyqanın dövründə tətbiq olunan standartlara uyğunlaşdırılmasına və bu təşkilatların müdriyyətlərini xaricə xəbər yayımlayan KİV-in strukturlarını dəyişdirmək üçün cəhd göstərən konqresmenlərə qarşı müqavimət göstərməyə səslədi.
"Washingtontimes" yazır ki, xarici auditoriyaya xəbər ötürən amerikalı KİV-in tabe olduğu Yayım üzrə İdarə Heyətinin sistemində islahatların aparılmasını dəstəkləyənlərdən biri ABŞ Konqresinin üzvü, beynəlxalq əlaqələr üzrə nümayəndələr palatasının komitəsinin rəhbəri, respublikalı Ədvard Roysdur. Onun sözlərinə görə, Rusiya "düşünülmüş media hücumuna" keçib, ABŞ isə "bu hücuma effektiv şəkildə cavab vermir". O hesab edir ki, İdarə Heyətinin strukturu "nizamsız və həddindən artıq qabardılmışdır".
Məqalənin müəllifi qeyd edir ki, Roys Demokratiya partiyasından olan konqresmen həmkarı Eliot Consonla birlikdə İdarə Heyətinin tərkibini kökündən dəyişməyə qadir olan qanunun qəbul edilməsini təkid edirlər. Hazırda sözügedən heyət "Ağ ev tərəfindən təyin olunmuş doqquz üzvdən ibarətdir, onlar ayda bir dəfə toplanırlar və boş vaxtlarında bu işlə məşğul olurlar". Roys və Encel "gündəlik rejimdə fəaliyyət göstərən və daimi" orqanın yaranması istiqamətində səylər göstərirlər. Bundan başqa, onlar İdarə Heyətinə tabe olan altmışdan artıq mətbuat mərkəzlərinin buraxdığı materiallar arasında dublikatların sayının azaldılmasının vacib olduğunu hesab edirlər.
Encel müsahibəsində qeyd etdi ki, "Soyuq müharibə zamanı "Amerikanın Səsi", "Azad Avropa Radiosu" və ABŞ-ın dəstəyi ilə fəaliyyət göstərən digər yayım vasitələrinin dünyaya yaydığı düzgün, qərəzsiz xəbərlər standartın qızıl nümunələri idi. Bugün belə məlumatların yayılmasına olan təlabat heç də aşağı deyil".
Teylor adı çəkilməyən yüksək rütbəli diplomata istinadən bildirir ki, Roys və Encelin fikirlərini Şərqi Avropada da dəstəkləyirlər. Litvanın Xarici İşlər Naziri Linas Linkeviçus müxbirə verdiyi müsahibədə qeyd edib ki, "İnformasiya müharibəsi gedir və biz ona uduzuruq" . Onun qiymətləndirmələrinə əsasən, Litva ərazisində müyəssər olan kabel telekanallarının 60 faizi Moskvanın nəzər nöqtəsini əks edir. Linkeçivus həmçinin bildirdi ki, Amerikanın yayım vasitələrinin kontenti Şərqi Avropada radio dalğalarla deyil internet vasitəsilə yayımlanır.
"Azadlıq Radiosunda" bunun səbəbi olaraq " "Azadlıq Radiosu" və "Amerikanın Səsinin" kontentini tətbiq etmək istiqamətində yayımçıları son on ildə təşviq etməyən" regional hökümətin apardığı siyasət göstərilir. Məqalədə "Azadlıq Radiosunun" anonim əməkdaşının sözləri qeyd olunur :" 2000-ci illərin əvvəlində bizim məhsullarımızı hətta Rusiyanın ərazisində yayımlayan 35-ə yaxın yerli tərəfdaşlarımız var idi. Lakin 3-4 il ərzində Rusiya höküməti bizi radiodiapzondan çıxardı və hazırda bizim orada heç bir törəmə yayımçımız fəaliyyət göstərmir".
"The Washington Times" həmsöhbətçisi internetin radio və video kontentin yayımlanma vasitəsi olaraq zəif qiymətləndirilməsi ilə razılaşmadı. O hər kəsi Estoniyada internetin aparıcı qüvvə olduğunu və ən yükəsk səviyyədə istifadə olunmasını xatırlamağa səslədi və ""Azadlıq Radiosu" və "Amerikanın Səsinin" ortaq xəbər telekanalı olan və Rusiya ilə qonşu ölkələrdə yaşayan rusdilli auditoriya üçün nəzərdə tutulmuş "Current Times"-ın ekspansiyasına" istinad etdi. "Azadlıq Radiosunun" əməkdaşı bildirdi ki, Rusiyada 2 milyon insan bu telekanala internet vasitəsilə baxır.
Daha sonra məqalənin müəllifi ABŞ və Rusiyada xarici yayıma sərf olunan xərclərin göstəricilərini müqayisə edir. 2015-ci ildə Amerikanın Yayım üzrə İdarə Heyəti rus dilində fəaliyyət göstərən KİV-nə 23,2 milyon dollar ayırdı (bu göstərici ötən ilin göstəricisi ilə müqayisədə 49% çoxdur). Bu maddə üzrə 2016-cı il üçün verilən ərizədə büdcəyə daha 15,4 milyon dolların əlavə edilməsi qeyd olundu.
Teylorun yazdıqlarına əsasən, əgər "The Moscow Times" qəzetinin bu yaxınlarda yaydığı məlumat doğrudursa, o zaman İdarə Heyətinin fəaliyyətinə sərf olunan xərclər son illərdə 730 milyon dolları ötməyib, bu göstərici RT ("Russian Today" telekanalı)büdcəsindən çox və "Moskvanın dövlət KİV-nə sərf edəcəyi gözlənilən xərcdən 1,3 milyard azdır". Məqalənin müəllifi RT telekanalını BBC və Fox News kanalları ilə müqayisə edir və onun sözlərinə görə, ötən il SputnikNews saytının istehsal etdiyi məhsul "Amerikanın rəqəmsal aləminə müvəffəqiyyətlə daxil olur və hətta Drudge Report artıq ona istinad edir".
Məqalədə bildirilir ki, RT əməkdaşları öz işəgötürənlərinin təbliğat orqanı adlandırılması ilə razı deyillər. Telekanalın adı çəkilməyən əməkdaşının sözlərinə əsasən "təbliğat" ifadəsini RT telekanalının ünvanına kiminsə onların dünyada baş verənlərə dair səsləndirdikləri fikirləri ittiham etməsini xoşlamayan siyasi və media qurumlarının müəyyən nümayəndələri istifadə edir. Onlar qeyri-dəqiq nəzər nöqtələrini inkar etməyə çalışırlar. Bundan başqa, bu kimi ittihamlar "Amerikanı Səsi", "BBC Ümumdünya Xidməti", Deutsche Welle, Euronews və dövlət tərəfindən və ya zəruri fondun maliyyələşdirdiyi bir çox digər KİV-in ünvanına səslənmir.
Yayım üzrə İdarə Heyətinin rəsmi nümayəndəsi Lori Moy təşkilatının ünvanına səsləndirilən ittihamları təkzib etdi: " Agentliyimizin fərqliyi də məhz budur. Strukturumuz dövlətə jurnalistlərə nəzarət etməyə mane olan aşkar əngəllər qurur. Biz inanırıq ki, əsl jurnalistika, qərəzsiz və senzuradan keçməmiş məlumat təbliğat üçün ən yaxşı vasitədir". Moy və İdarə Heyətinin digər əməkdaşları Roys və Encelin irəli sürdüyü qanunvericilik təşəbbüsünə qarşı çıxırlar və bu agentliyin "strukturu ilə eksperiment apararkən ehtiyyatlı olmağa" səsləyib. Moyun fikrincə, konqresmenlərin təşəbbüslərinin həyata keçirilməsi İdarə Heyətinə lüzumsuz bürokratiyanı gətirəcək və onun iyerarxik strukturunun dağılması ilə nəticələnəcək , bu isə Rusiya və Çinin "media təşkilatlarının strukturlarının mərkəzləşdirilməsi" fonunda yolverilməzdir.
Roys bildirir ki, onun təşəbbüsü İdarə Heyətində məhz "bürokratizmin aradan qaldırılması" və dublikatların azaldılması hesabına "100 milyon dollardan çox" vəsaitin azad edilməsi üçün nəzərdə tutulub. "1980-ci illərdə Ronald Reyqanın Amerikanın yayım şəbəkəsindən necə istifadə etdiyini xatırlamaq lazımdır. Mən şəxsən Şərqi Almaniyada mübadilə ilə oxuduğum zamanı xatırlayıram və yerli gənclər üçün nəzərdə tutulmuş xəbər yayımının necə effektiv olduğunu da xatırlayıram. Mən Şərqi Berlində və Drezdendə almanlarla söhbət aparırdım. Mən bunları öz gözlərimlə görürdüm"- deyə konqresmen bildirdi.
İdarə Heyətinin rəhbəri Cef Şell noyabr ayında ABŞ Konqresinin beynəlxalq əlaqələr üzrə Komitəsində çıxış edərkən öz növbəsində bildirdi ki, onun təşkilatı artıq daxili islahatları aparmağa başladı.Mətbuatın yaydığı məlumata əsasən , "komissiyanın rəhbərinin sosial statusu və səlahiyyətlərinin institutlaşması" üzərində işlər aparılır.