Klinton Makron üzərindən Kremlə atmaca atdı Dünya

Klinton Makron üzərindən Kremlə atmaca atdı

Makronun qələbəsi demokratiyaya müdaxilə etmək istəyənlərin məğlubiyyətidir. Bu sözləri öz Tvitter səhifəsində ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton paylaşıb. "Makronun qələbəsi Fransa, Avropa Birliyi və sülh üçündür. Bu, demokratiyaya müdaxilə edənlərin məğlubiyyətidir", - deyə o bildirib.
Qeyd edək ki, dünən Fransada keçirilən prezident seçkisinin ikinci turunda "İrəli" hərəkatının lideri Emmanuel Makron 66,06%, ultrasağçı Milli Cəbhə Partiyasının lideri Marin Le Pen isə 34,94% səs toplayıb.