Ermənilər cəbhədən qaçır - İrəvan təlaşda Dünya

Ermənilər cəbhədən qaçır - İrəvan təlaşda

Erməni deputat Sergey Baqratyan parlamentdə etdiyi çıxışında Ermənistanda real əhali sayı ilə rəsmi əhali sayı arasında fərqin səbəbini açıb.
"Armenianreport"un verdiyi məlumata görə, "Sarkuyan" blokunun üzvü olan deputat bildirib ki, adətən valideynlər vətəndaşlıqdan imtina edirlər, amma onların uşaqları əvvəlki kimi Ermənistan vətəndaşı hesab olunurlar.
Erməni deputatın dediyinə görə, ölkəni tərk edənlərin çoxu isə bu barədə ərizə versələr də, vətəndaşlıqdan çıxarılmırlar: "Onlar da, onların uşaqları da Ermənistan vətəndaşı sayılmaqda davam edirlər. Ermənistana gələndə belə adamlar bir sıra məsələlərlə, o cümlədən hərbi xidmətlə bağlı problemlərlə üzləşirlər".
Beləliklə, "countrymeters.info" kimi BMT-yə məxsus resurslardakı göstəricilərin reallığı əks etdirmədiyi ortaya çıxır. Həmin resursun məlumatına görə, hazırda Ermənistanda təxminən 3 milyon adam yaşayır. Amma müstəqil erməni mənbələri isə respublikada real olaraq 1,4 - 1,9 milyon adam yaşadığını bildirirlər. Yəni 1992-ci illə müqayisədə ölkə əhalisinin sayı 2 dəfədən çox azalıb.
Aydın olur ki, Ermənistan hakimiyyəti bu məsələdə vətəndaşların məlumatsızlığından istifadə edirlər. Beynəlxalq praktikaya görə, sakinin ölkə vətəndaşlığından çıxması üçün yalnız ərizə yazmaq yetərli deyil.