“Moskva üçün tələsik müharibəni dayandırmaq lazım idi” Dünya

“Moskva üçün tələsik müharibəni dayandırmaq lazım idi”

Aprel döyüşlərinin detallarını araşdıran istintaq komissiyası üzvlərinin suallarını cavablandıran Serj Sarkisyan Ermənistan Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəhbəri Yuri Xaçaturovun komissiyanın dəvətini qəbul etməməsinin yanlış olduğunu etiraf edib və Xaçaturovu komissiyanın dəvətin qəbul etməsinin doğru olduğuna çağırış edib.
Erməni siyasi ekspert Aram Amatuni yazır ki, Xaçaturov həm əsas, həm də bir nömrəli hərbçi və Rusiya vasitəsilə Moskvada Azərbaycan Silahlı Qüvvələrinin Qərargah rəisi ilə atəşkəs barədə danışıqlar aparan bir şəxs olduğuna görə onun komissiyanın suallarını cavablandırması bütün kontekstdə çox vacibdir.
“Son zamanlar yayımlanan bir sənədli filmdə Serj Sarkisyan Yuri Xaçaturovun danışıqlar zamanı onunla telefonla əlaqə qurduğunu, vəziyyəti və perspektivləri məruzə etdiyini və atəşkəs barədə nəhayət razılaşdırılması üçün təlimat aldığını qeyd edib. Dörd il əvvəl, Aprel döyüşlərindən bir neçə ay sonra Dmitri Kiselyovla müsahibəsində, Serj Sarkisyan atəşkəs danışıqları zamanı Moskvada müzakirə olunanların təfərrüatlarını bilmədiyini söyləmişdi.
Əslində, Sarkisyan, Yuri Xaçaturovun Moskvadakı danışıqların təfərrüatını təqdim edib-etməməsi və ya müəyyən faktları Serj Sarkisyandan gizlətmə ehtimalına, onu yanıltmasına və Moskva üçün zəruri qərarı əldə edə bilməsinə işarə edir.
Əlbəttə ki, Moskva üçün tələsik müharibəni dayandırmaq lazım idi, çünki bu, erməni tərəfini uğursuzluğa düçar etmiş və Moskvadan kömək istəməmişdi. Belə olan vəziyyətdə isə artıq Moskvanın özü ciddi bir dilemma ilə üzləşirdi, çünki ermənilərə kömək etməmək, Azərbaycana açıq dəstəyin təzahürünə çevrilirdi.
Ermənilərə kömək etmək məcburiyyətində olmaq bir şeydir, kömək xahişi edildikdən sonra ermənilərə kömək etmək başqa bir şeydir. Bütün bunlar baş verənlərin təkcə hərbi deyil, həm də hərbi-siyasi mənzərəsi üçün də vacib epizodlardır.
Bu da öz növbəsində Ermənistanın təhlükəsizlik strategiyasının gələcəkdə daha da effektiv olması üçün əsas məsələdir, çünki Türkiyə və Rusiyanın əsas oyunçuları olduğu bir bölgədə yaşadığımız müddətcə və 100 il əvvəldə bir-birləri ilə imzalanan sazişin qaydalarına riayət etməklə oynadıqları müddətcə Ermənistan üçün problemlər müntəzəm olacaq.
Bu baxımdan, Yuri Xaçaturovun komissiyaya getmək məsələsi, Aprel döyüşlərində Yuri Xaçaturovun Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsində kim tərəfindən oynamasının göstəricisinə çevrilir”, - deyə Amatuni qeyd edib.