İranda koronavirusa yoluxanların sayı 95 min nəfəri keçib Dünya

İranda koronavirusa yoluxanların sayı 95 min nəfəri keçib

İranda 19 fevraldan bu günәdәk (1 may) 95 646 nәfәr koronavirusa (COVID19) yoluxub.

Bu barədə Trend İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən məlumat verib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpurun sözlərinə görə, ötәn 24 saat әrzindә daha 1 006 nәfәrin bu virus daşıyıcı olduğu öz tәdiqini tapıb. Virusa yoluxanlardan 2 899 nәfәrin vәziyyәti ağırdır.

Cahanpur әlavә edib ki, ötәn sutka әrzindә 63 nәfәrin ölmәsi ilә İranda koronavirusdan ölәnlәrin sayı 6 091 nәfәrә yüksәlib.

İranda indiyәdәk 76 318 nәfәr koronavirusdan sağalıb, 475 mindәn çox diaqnoz testi hәyata keçirilib.